QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir


https://youtu.be/NxV1-HOXAro
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB "Jest dilində məlumatlandırma" layihəsi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində ölkəmizdə yaşayan informasiya azlığından əziyyət çəkən eşitmə məhdudiyyəti olan şəxsləri, ölkədə karantin dönəmində baş verən əsas xəbərlərlə və digər məlumatlandırıcı xəbərləri onlayın şəkildə qismən də olsa təmin etməkdir.

Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, bu günlərdə COVİD-19 virusundan qorunmaq məqsədilə ölkəmizdə, Operativ Qərargahdan verilən məlumata görə 05 iyul saat 00.00 dan, 20 iyul  saat 06.00 qədər vətəndaşlara sərtləşdirilmiş karantin rejimi tədbiq olunacaq. Bu rejimin tətbiqinə düzgün riayət etmək üçün bütün vətəndaşları birlik və həmrəyliyə çağırırıq. Biz də eşitmə məhdudiyyəti olan şəxslərlə çalışan  İctimai Birlik olaraq, #səssizliyinsəsiolaq şüarımızla, ölkəmizdə yaşayan eşitmə məhdudiyyəti olan şəxsləri bu video roliklər vasitəsilə  məlumatlandırırıq. Qanun hər kəs üçün qanundur. Qanunlara əməl edərək, cəmiyyətimizi qoruyaq.
#bizbirlikdəgüclüyük
#EVDƏQAL

 




Tarix:8/7/2020     www.udpo.az saytı Geri