20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir


Bu gün 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir. 

Qanunvericiliyə əsasən 18 yaşına çatmayanlar uşaq hesab olunur. Statistikaya görə, Azərbaycanda 2.800.000-dən çox uşaq var, onlardan 75 000 – i yəni 2.7%  əlilliyi olan uşaqlardır.  18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir.

Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilmişdir.

Hər bir uşağa sağlamlıq, xoşbəxt ailə, maddi və mənəvi varlıq, keyfiyyətli təhsil, hüquqlarının təmin olunmasını arzulayıram!

 

    
 




Tarix:20/11/2019     www.udpo.az saytı Geri