Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları


Press-reliz

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramlarından yararlanma imkanlarının artırılması” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihənin ilk tədbiri qrafikə uyğun olaraq 12 iyun 2018-ci il tarixində saat 11:00-da Xaçmaz rayonu Mərkəzi Xəstəxanasının akt zalında nəzərdə tutulduğu kimi keçirildi. Tədbir çərçivəsində əlillər arasında kiçik biznes və ailə təsərüfatının yaradılması imkanlarının artırılması yollarının üzə çıxarılması, əlilliyi olan şəxslərin sosial yardım proqramlarından asılılığının azaldılması və fərdi təşəbbüskarlıqların dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.

Azərbaycan Əlilləri Cəmiyyəti

İctimai Birliyinin sədri                            Xədicə Mikayılova

 
 




Tarix:14/6/2018     www.udpo.az saytı Geri