NAİLƏ XANIM


Mingəçevirdən bir məktub :

Salam. Sizə məktubum var. Adım Nigardır. Mingəçevirdən yazıram. Foto isə Nailə müəllimənindir. Mənim ən doğma müəlliməmin.Riyaziyyat müəlliməmizdir. İllərdir bizə dərs deyir. Çox sevirik onu. Yeriyə bilmir. Bununla belə bizim üçün gecə-gündüz çalışır. Oxuyaq deyə. Təəssüf ki, bizim ən yaxşı nəticəmizin onu necə xoşbəxt etdiyini sözlə izah edə bilmirəm. Atası Nailə müəlliməni uşaqlıqdan öz qolları üzərində həm məktəbə aparıb, həm də universitet oxutdurub. İndi də bizim məktəbə gətirir. Yox, məqsədim reklam deyil. Rica edirəm, düzgün anlayın. O bizim fəxrimizdir. Qürur duyuruq. İstərdim ki, belə zəhmətkeş müəlliməmiz olduğunu hər kəs bilsin. Öncədən təşəkkür edirəm!"

 

 




Tarix:     www.udpo.az saytı Geri