Layihənin ilk etapına yekun vuruldu.


Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsinin ilk etapına yekun vuruldu.


“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrasını davam etdirir. Layihənin birinci mərhələsində nəzərdə tutulan peşə kurslarının icrası başa çatdırdı. 16 nəfər əlilliyi olan gənclər  kompüter kurslarına cəlb olundu. Təlim kurslarında əsasən office proqramları iştirakçılara öyrədilmişdir. Birinci mərhələ həftədə dörd dəfə olmaqla iki ay davam etmişdir. Təlimləri Lamiyyə Bəşirova aparmışdır. Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. 

Sonra layihənin  rəhbəri Səbinə xanım Kərimova təlimlərin gedişatı və növbəti mərhələ  barədə  iştirakçılara məlumat verdi və kursu bitirənlərə sertifikatlar təqdim etdi.

 

 

 

 

 




Tarix:15/8/2016     www.udpo.az saytı Geri