“Layihə Univerisiteti”nin təlimi davam edir


“Layihə Univerisiteti”nin təlimi davam edir

İstedadlı Əlillər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin təşkilatı dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində Mərkəzin üzvlərinə “Layihə Univerisiteti”nin  təlimi davam edir. Təlim kurslarında 20 nəfər iştrakçılara layihə yazmağın qaydaları öyrədilir.

Təlim-kursları təşkil etməkdə məqsəd fiziki məhdud gənclərin həyata keçirtmək istədikləri ideyalarını sərbəst qaydada layihə şəkilində gerçəkləşdirmələrinə dəstək olmaqdır. Belə ki, iştrakçılar gələcəkdə fərdi qaydada layihə müsabiqələrində iştrak edərək arzu və ideyalarını reallaşdıracaqlar.

Təlim kurslarda əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun layihə qaydalarının şərtləri və prinsipləri iştrakçılara öyrədilir. Təlim kurslarının nəticələrinin iştrakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq və təsvir etdiyi problemin həllinə tərtib etdiyi layihə çərçivəsində nail olacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştrakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək. Təlim kursları ilkin mərhələdə iki ay olacaq”. Kursları layihənin təlimçisi Səbinə Kərimova təlim edir. Təlimin yekununda iştrakçılara sertifkatlar veriləcək.

Layihə rəhbəri: Cavad Qasımov

Təlimçi: Səbinə Kərimova

 




Tarix:26/5/2016     www.udpo.az saytı Geri