“Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyası üzrə paralel hesabatların hazırlanması üzrə qaydaların öyusunda beynəlxalq konfransrənilməsi və təcrübə mübadiləsi” mövz


       

 

 

“Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyası üzrə paralel hesabatların hazırlanması üzrə qaydaların öyusunda beynəlxalq konfransrənilməsi və təcrübə mübadiləsi” mövz

 

     12-16 noyabr 2015-ci il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Əlil Təşkilatları Birliyinin dəstəyi ilə Beynəlxalq Əlil Təşkilatları Birliyinin BMT-nin ““Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyası üzrə paralel hesabatların hazırlanması üzrə qaydaların öyrənilməsi və təcrübə mübadiləsi” mövzusunda konfransı keçirilmişdir. Konfransda üzv ölkələrdə əlillik, Konvensiyaya qoşulma, onun implementasiyası, paralel hesabatların hazırlanması vəziyyəti araşdırılmış, təqdimatlar  olmuşdur. Tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil etmişdir. Qeyd olunan mövzularla çıxışla bərabər, ƏTİ tərəfindən Konvensiya üzrə hazırlanmış paralel hesabat yaxşı təcrübə kimi qeyd olunmuşdur. Bu təcrübə haqqında, paralel hesabatın hazırlanması və təqdim olunması qaydaları barədə iştirakçılara məlumat verilmişdir.

     Daha sonra birliyin təşkilati məslələrinə baxılmış, növbəti görüş barədə məsələlər müzakirə olunmuşdur.  

     Konfransda Avropa Əlillər Forumunun rəhbəri Родолфо Каттани iştirak etmiş və  Beynəlxalq Əlil Təşkilatları Birliyi ilə Avropa Əlillər Forumu arasında memorandum imzalanmışdır.

 

 

 




Tarix:17/11/2015     www.udpo.az saytı Geri