AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ


AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ

Biz Azərbaycan QHT-lərinin əksriyyətini öz ətrafında birləşdirən konfederativ qurum olan Milli QHT Forumu, Sizin diqqətinizi Ermənis­tanın 2014-cü ilin iyul ayının sonları və avqust ayının ilk günlərində daha da artan təcavüzkarlıq siyasətinə, nəticədə yeni insanların (mülki və hərbçi şəxslərin) həlak edilməsinə, neçə insanın yaralanmasına, habelə cəmiyyətdə güclü narahatçılıq mühitinin (beynəlxalq qurum və quruluşların məsələyə müdaxilə etməməsindən irəli gələn haqlı narazılığın) yaranmasına cəlb etmək istəyirik. Azərbaycan Respublikasının BMT tərəfindən də tanınmış ərazisinin 20%-ni işğal altında saxlayan Ermənistan bugünlərində yenə hücumdadır və qanlar tökür! Biz Sizdən öz diqqətinizi bu qanlı hadisələrə yönəltməyinizi, təcavüzkarı şiddətlə qınamağınızı rica edirik. Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən xüsusi təyinatlı diversiya qrupları ilə hücuma keçərək, 12 Azərbaycan hərbçisini həlak edib, bir neçə hərbçini yaralayıb, o cümlədən daha bir neçə mülki şəxsi də fiziki, psixoloji xəsarətə uğradıb, öldürüb... Bununla belə qoşunların təmas xəttində  atəşkəs rejiminin və ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasının tələblərini böyük ölçüdə pozan Ermənistan tərəfi, öz qeyri-qanuni əməllərini gizlətmək məqsədi ilə ənənəvi üsullardan faydalanmaq istəyir. – Erməni tərəfi guya Azərbaycan silahlı qüvvələrinin hücuma keçdiyi haqqında yanlış informasiyalarla dünya ictimaiyyətini yenə çaşdırmağa çalışır... Biz MQF olaraq, Ermənistanın bu addımlarını qətiyyətlə pisləyir, beynəlxalq qurum və quruluşlardan, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusdan Ermənistanın növbəti hücum faktlarını, eləcə də, yanlış informasiya siyasətini diqqətdə saxlamağı xahiş edirik. Hesab edirik ki, yeni qanlı hadisələr nə Qafqaza, nə də bütövlükdə  dünyaya gərək deyil və Ermənistan nəhayət azərbaycana qarşı işğalçılıq siyasətindən və  dünya ictimaiyyətini aldatmaqmaq cəhdlərindən əl çəkməlidir!

Biz beynəlxalq ictimaiyyətə bəyan edirik ki, işğalçı Ermənistan ona dəstək olan böyük dövlətlərin himayəsinə arxalanaraq, atəşkəs rejimini pozaraq təxribatlara son qoymazsa, bu konfliktin danışıqlar yolu ilə həllinə, regionda sülhə və sabitliyə zərbə vurar və beləliklə də azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək məqsədilə öz beynəlxalq hüququndan istifadə edərək hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər. Ermənistanın məsuliyyətsizliyi və təxribatları nəticəsində bölgədə müharibə yenidən alovlana bilər.

Biz beynəlxalq təşkilatlardan və diplomatik korpuslardan bir daha xahiş edirik ki, öz mandatlarına uyğun olaraq, obyektiv olsunlar, təcavüzkarı adı ilə çağırıb, ona “dur!” desinlər.

Milli QHT Forumu  645 QHT adından

 

 






Tarix:5/8/2014     www.udpo.az saytı Geri