Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa


21 Fevral tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə  dəyirmi masa təşkil etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdır. Tədbirdə Əmək və Əhalinin sosial Müdafiəsi, Təhsil, Səhiyyə və Nəqliyyat Nazirliyinin, eyni zamanda bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti və KİV  nümayəndələrinin iştirak etmişdir. Tədbiri giriş sözü ilə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva aşmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri İsgəndər Mustafayev, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli çıxış etmişlər. Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Konstitusiya Araşdırmalar Fondunun sədri Əlməmməd Nuraliyev, Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova, Təhsil, Səhiyyə Nazirlikləri, Nitq qüsurlu uşaqlarla iş mərkəzinin rəhbəri Nərgiz Abdulova, “Çıraq” ictimai birliyinin nümayəndələri müzakirələrdə iştirak etmişlər.

  




Tarix:21/2/2014     www.udpo.az saytı Geri