Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.


 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur. İclasda ƏTİ-nin prezidenti Davud Rəhimli 2013-cü ildə görülən işlər barədə məlumat verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ƏTİ üzvlərinin Sumqayıtda fəaliyyət göstərən üzvlərinin bazasında Sumqayıt regional şöbəsi yaradılmışdır. Şöbənin sədri I qrup əlil Samir İmanov təyin olunmuşdur.

Respublikada əlilliyin vəziyyəti ilə əlaqədar monitorinqlərin davam etdirilməsi hesabatlılığın təmin olunması istiqamətində fəaliyyətlərin intensivləşdirilməsi və genişləndirilməsi fəaliyyətləri aparılması üçün Monitorinq qrupunun yeni planına baxılaraq təsdiq olunmuşdur.

       İdarə heyəti BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvesiya üzrə paralel hesabat və ondan irəli gələn məsələlər, milli qanunların sözügedən Konvensiyaya uyğunlaşdırılması sahısində görülən işlər barədə məlumatlar dinlənilmişdir. Qeyd olunmuşdur ki,  “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu  1992-ci ildə qəbul olunmuşdur. Ötən illər ərzində bu qanuna çoxsaylı dəyişikliklər olunmuşdur. Azərbaycan Respublikası BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və Əlavə Protokolu qoşulduqdan sonra milli qanunvericiliyin, o cümlədən bu qanunun da yenilənməsi aktuallaşdı. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hökumət, Ombudsman, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun əvəzinə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi hazırlamışdır. Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin qərarı ilə qanun layihəsinin açıq ictimai müzakirəsi məqbul hesab edilmişdir. Bu müzakirələrin Ombudsman aparatı ilə birgə aparılması təklif olunmuşdur. İctimai müzakirənin 2 etapda aparılması nəzərdə tutulmuşdur. Birinci etapda Qanun layihəsinə əsasən onlayn müzakirələrin aparılması və təkliflərin toplanması, ikinci etapda iki dəyirmi masada müzakirə olunması və yekun variantın hazırlanması nəzərdə tutulmuşdur.

            Bundan başqa idarə heyəti müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparmışlar. 






Tarix:14/2/2014     www.udpo.az saytı Geri