"Şəhid Ailələri və Əlillərin Hüquqlarının marifləndirilməsi " layihəsi


03.10.2013-cü il tarixdə  'Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Şəhid  Ailələri və Əlillərin Hüquqlarının marifləndirilməsi " adlı layihəsi çərçivəsində yekun tədbirini QHT-rəhbərləri ilə birlikdə Əlil Təşkilatları İttifaqının konfarans zalında keçirilmişdir. Birliyin sədri Rövşən Ağamalıyev tədbiri açaraq layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Daha çonra  QHT rəhbərlərindən Davud Rəhimli, Elşən Uluxanlı çıxış edərək Şəhid  Ailələri və Əlillərin hüquqlarının onlara təbliğinin vacibliyindən danışaraq bildirdilər ki, elə insanlar var ki, öz hüquqlarını bilmədikləri üçün çoxları problemlərinin həll olunması üçün hansı dövlət idarəsinə müraciət etməklərini bilmirlər. Belə kitabların çap olunaraq o, insanlara paylanması onların öz hüquqlarının nədən ibarət olmasını bilmələrinə dəstəkdir və bu istiqamətdə gələcəkdə də kitabların çap edilərək bütün bu yönümlü insanlara paylanmasının vacibliyini bildirdilər. 






Tarix:3/10/2013     www.udpo.az saytı Geri