Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək


       Bakı şəhəri:                                                                          « 21 » avqust  2013-cü il.

PRESS - RELİZ 05   

                                                               

       Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  05 aprel 2013 – cü il tarixindən – 12 avqust  2013-cü il tarıxinə kimi, həyata keçirtdiyi, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək la­yihə­sinin yekunu ilə bağlı mətbuat konfransı keçirtdi.

       Layihənin drektoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Oruc həyata keçirilən layihədə görülçüş işlər haqqında məlumat verərək bildirdi ki, Layihəni pilot layihəsi kimi, Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı rayonlarında və Şirvan şəhərində icra edərək, adı çəkilən şəhər və raqonlarında yaşayan aztəminatlı vətəndaşların «Elektron Azərbaycan» Hökumətinin Dövlət Proqramının prio­ritet­lərini əhatə edən, Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələrinin onlayın kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək verərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Elektron-imza”, Səhiyyə Nazirliyinin “Səhiyyə-sağlamlıq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial-sığorta” və Dövlət Sosial Müdafiəsi Fondunun “Sosial-kart”, “Visa Elektron” bank kartlarından istifadə etmələri üçün maarifləndirmə işləri aparılmış və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstərilmişdir.  

       Layihəni, Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı rayonlarında və Şirvan şəhərində həyata keçirtməklə, adı çəkilən şəhərlərdə fəaliyyət göstərən QHT rəhbərlərinin və aztəminatlı vətəndaşların, Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sosial Müdafiyə Fondunun və QHT rəhbərləri ilə birgə əməkdaşlıq etmələri üçün  əlverişli şərait yaradıldı.

       Layi­hə çərçivəsində aparılmış işlər sayəsində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “İKT ili” ilə əlaqədar olaraq,  müharibə və hərb yönümlü QHT rəhbərləri üçün “Elektron Hökumət həlləri - elektron xidmətlərə çıxış” mövzusunda təlim seminarının keçirilərək 30 nəfər təlimdə iştirak edən QHT rəhbərləri,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən pulsuz E-imza kartları və E-imza kartlarının istifadə aparatları təqdim edilmişdir.

      Həyata keçirilən layihəsi çərçivə­sində, Müharibə veteranlarını, Əlilərini, Şəhid ailələrini və xususi qayğıya ehtiyacı olan aztəminatlı vətəndaşları maarifləndirmək məqsədi ilə «Elektron Azərbaycan» Dövlət Proqramının prio­ritet­lərini əhatə edən Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələri haqqında mə­lumat kitabı dərc edilmiş və aparılmış maarifləndirmə işlər sayəsində ümumilikdə 455 nəfər  aztəminatlı ailə birbaşa,  1380 nəfər aztəminatlı ailə isə dolayısı yolla bəhrələnərək faydalanmışdır.

Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı rayonlarında və Şirvan şəhərində, layi­hə­si çərçivəsində qeyri-hökumət təşkilatları və aztəminatlı vətəndaşlar arasında aparılan mariflənmə işlərini və «Elektron Azərbaycan» Dövlət Proqramının prio­ritet­lərini əhatə edən Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələri haqqında mə­lumat kitabı müsbət qiymətləndirildi.

 Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı rayonlarında və Şirvan şəhərində layi­hə­si çərçivəsində aparılan maarifləndirmə işləri, Şirvan şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və müharibə əlillərinin, şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin Dövlət Proqramının prio­ritet­lərini əhatə edən, Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələrinin onlayın kargüzarlıq xidmətlərindən,“Elektron-imza”, “Səhiyyə-sağlamlıq”, “Sosial-sığorta”, “Sosial-kart”, “Visa Elektronbank kartlarından istifadə etmələrinə dəstək oldu.  

      «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu təklif edir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 mart 2013-cü il tarixində imzaladığı Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair təsdiq edilmiş tədbirlər planına uyğun olaraq  və xususi qayğıya ehtiyacı olan vətəndaşların Mərkəzi İcra Hakimiyyəti orqanlarının, Elektron İnformassiya Xidmət Mərkəzlərinin elektron idarəetmə və məlumat bazalarının onlayn kargüzarlıq xidmətlərindən faydalanmalarına köməklik göstərmək məqsədi ilə, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini, Azərbaycanın  ayrı-ayrı regionlarında davam etdirərək marifləndirmə işləri aparılmasına ehtiyac vardır.

«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, aztəminatlı imkansız vətəndaşların tibbi-sosial problemlərinin həllinə yaxndan kömək göstərmək məqsədi, onların «Elektron Azərbaycan» Hökumətinin Dövlət Proqramının prio­ritet­lərini əhatə edən, Azərbaycan Dövlət Qurumlarının Elektron idarəetmə məlumat bazaları və bölmələrinin onlayın kargüzarlıq xidmətlərindən faydalanmalarına dəstək verərək, “Elektron-imza”, “Səhiyyə-sağlamlıq”, “Sosial-sığorta” və “Sosial-kart”, “Visa Elektron” bank kartlarından istifadə etmələri üçün maarifləndirmə işləri aparmaq və onların bu sahədə yaranmış problemlərin həllinə köməklik göstər bu işləri gələcəkdədə davam etdirərəcəkdir.

                            

                              Azərbaycan Respublikası

               «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun

                                Mətbuat Xidməti 

 




Tarix:21/8/2013     www.udpo.az saytı Geri