"Əlilliyi olan insanların mövcud problemleri və onların həlli yolları" | ||||
|
Tarix: 30-3-2012 // saat: 15:27Oxunub : 1741 CƏMİYYƏT | |||
![]() ![]() |
||||
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"na həsr olunmuş ictimai müzakirə təşkil olundu.
Tədbiri açan ƏTİ-nin sədri Davud Rəhimli əlilliyi olan insanların problemlərinin həllində vətəndaş cəmiyyəti institutlarının rolundan, dövlət qurumları və digər tərəfdaşlarla əməkdaşlıq məsələlərindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, ƏTİ “İnkluziv ədalət” layihəsini həyata keçirir. Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək verməkdir.
Hökumət qurumlarının və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əlillərin cəmiyyətə inteqrasiyası, onların məşğulluq problemlərinin həlli, inkluziv təhsilin rolu barədə danışılmışdır.
FotoMüxbir:Ceyhun Elçinoğlu
|