ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 3/11/2016 TƏBRİK EDİRİK!
http://www.e-vc.az/index.php?action=static_detail&static_id=12303
Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.
- 31/11/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi
Fəaliyyət planına əsasən, layihələr və onların icrası ilə əlaqədar məlumatlar toplanılır, müşahidələr aparılır, layihə yerlərinə səfərlər edilir. Bu məqsədlə Bakı, Şamaxı, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xaçmaz, Şəki, Şəmkir, Ağdaşda müxtəlif Qeyri-Hökemət Təşkilatları tərəfindən yerinə yetirilən layihə yerlərinə monitoriq qrupu üzvlərinin səfərləri olmuşdur.
- 27/10/2016 Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılması
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən “Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək” layihəsi davam edir.
- 24/10/2016 Biz sizinləyik
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarının rəhbərlərinin, uşaq və jurnalist təşkilatları nümayəndələrinin və aidiyyatı olan bir sıra dövlət qurumlarının, eyni zamanda gənclərin iştirakı ilə Dəyirmi Masa
- 24/10/2016 Əlilliyi olan şəxslərin məşğulluğunun təmini 3
“Ülfət”Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədi ilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə peşə kurslarının 3-cü mərhələsini davam etdirir.
- 24/10/2016 “Qadın və İnkişaf” Mərkəzi Göycay rayonunda
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirini Göycay rayonunda dövlət qurumlarının, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə keçirmişdir.
- 21/10/2016 Biz sizə öyrədərik!
Mütamadi olaraq yeniyetmə və gənclər tərəfindən icitmai davraniş qaydalarına əməl olunmamasının şahidi oluruq. Böyüklərin verdiyi öyüd nəsihət də bu problemin tam aradan qaldrılmasına yetmir.
- 21/10/2016 SHAİB hesabat verdi
SHAİB 20 16–cı ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirmişdir.
- 19/10/2016 QHT Füzuli rayonunda maarifləndirmə tədbiri keçirmişdir
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində Füzuli rayonunda uşaqların, valideynlərin, müəllimlərin, yerli icmaların,
- 13/10/2016 Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin, tibb işçilərinin, fertil yaşlı evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
- 12/10/2016 “Zorakılıqsız həyat naminə”
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirmişdir.
- 11/10/2016 QHT-lərlə birgə ictimai müzakirə keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə ictimai müzakirə keçirilib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi”
- 10/10/2016 “Selektiv abortların qarşısının alınması
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində Sabirabad rayonunda İcra Hakimiyyətinin, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
- 07/10/2016 Siz tək deyilsiniz! Biz sizinləyik
Layihənin rəhbəri Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır.
- 5/10/2016 Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsi ikinci mərhələsinə yekun vuruldu.
Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihəsi üzrə peşə kurslarının ikici mərhələsi üzrə icrasını başa çatdırıb.