ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 12/3/2020 Sosial xidmət müəssisələrində koronavirus əleyhinə mütəmadi dezinfeksiya işləri aparılır
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və güşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.
- 11/3/2020 Qəbələ və Şəmkirdə inşasına başlanan uşaq bərpa mərkəzləri bu il istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri aparılır.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qəbələ və Şəmkir rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılıb.
- 10/3/2020 İş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.
https://www.youtube.com/watch?v=wkmPzi_3t8Q
Əmək qanunvericiliyinə əsasən gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.
- 9/3/2020 “Azərbaycanda məşğulluğa dəstək layihəsi” təsdiq olunmuşdur.
Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.
- 29/02/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti idarə heyətinin iclası keçirilmişdir. İclasın gündəliyi səsə qoyulmuş və qəbul olunmuşdur. İclasda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
- 29/2/2020 AZƏRTACın 100 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Sizi və rəhbərlik etdiyiniz kollektivin üzvlərini AZƏRTACın 100 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
AZƏRTAC Respublikamızda və beynəlxalq informasiya məkanında yüksək nüfuza və imicə malik olmaqla yanaşı, mətbuat və jurnalistikaya öz layiqli tövhəsini verir.
- 28/2/2020 “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində fokus qrupu ilə görüş keçirilib
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılması“Hamı üçün müyəssər xoşbəxt şəhər” na dair layihəsini həyata keçirir.
- 20/2/2020 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün
- 18/2/2020 KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyası ölkəmizdə fəaliyyət göstərən biznes və peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüs irəli sürüb.
- 17/2/2020 Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.
- 13/2/2020 Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.
- 13/2/2020 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır. Onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olmaqla, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.
- 11/2/2020 Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.
- 10/2/2020 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək
Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi işləri bu il də davam edəcək.
Belə ki, 2020-ci ildə Xaçmaz, Şəki, Lənkəran, Şirvan şəhərlərində hər biri ildə 700 şəxsə xidmət göstərəcək bərpa mərkəzləri və ildə 6500 şəxsə xidmət göstərəcək Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.
- 6/2/2020 Pensiyalar 16,6 faiz artırıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.