ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 17/8/2020 Vebinar: sosial sahibkarlıq
Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir.
- 17/8/2020 Monitorinq və qiymətləndirmə (online)
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi. Monitorinq və qiymətləndirmə
- 14/8/2020 Boccia İdman Federasiyası regionlarda (Şəki)
Avqust ayının 10-dan etibarən Zaqatalada təlim məşq toplanışı keçirən Boccia İdman Federasiyası Şəki Şəhər İcra Hakimiyyətində İcra başçısı Elxan Usubovun qonağı olub.
- 13/8/2020 (11/08) Lənkəran şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi
Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
- 13/8/2020 “Əlilliyi olan uşaqların sosial reabilitasiyası mövzusunda tədbirlərin təşkili” layihəsi
“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sumqayıt şəhərində “Əlilliyi olan uşaqların sosial reabilitasiyası mövzusunda tədbirlərin təşkili” layihəsini icra etməkdə davam edir. Layihənin ilkin mərhələsindəki fəaliyyətlər tamamlanaraq növbəti mərhələdəki fəaliyyətlərə start verilmişdir.
- 12/8/2020 Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.
- 5/8/2020 “VCT dayanıqlıq indeksi - 2019”
USAİD-in “VCT dayanıqlıq indeksi - 2019” hesabatının onlayn təqdimat mərasimi. 04 avqust saat 15.00/ Join Zoom Meeting https://us02web.zoom.us/j/
- 30/7/2020 İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək
Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.
- 24/7/2020 "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir
Son illər Respublikamızda əlilliyi olan uşaqların rahat şəkildə yaşamaları üçün dövlətimiz tərəfindən keçirilən layihələrə yüksək dəstək verilir. Azərbaycan Respunlikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 1 iyul tarixindən “Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirir.
- 21/7/2020 ZOOM/ SI&C
- 21/7/2020 DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU
http://udpo.az/read.php?lang=1&content=2704
Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu”
- 21/7/2020 İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
- 21/7/2020 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.
“Hörmətli həmvətənlər!
Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.
- 15/7/2020 “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin fuksionalllığı xeyli genişləndirilib.
Yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.
- 14/7/2020 Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb
Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətmiş, ordumuzun mövqelərini ağır artileriya qurğularından atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd etmişlər. Bununla əlaqədar olaraq Əlil Təşkilatları İttifaqınına daxil olan 41 təşkilat bəyanat yayıb.