ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/11/2020 “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmə si barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
- 24/11/2020 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 sentyabr tarixli 172-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
- 24/11/2020 Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsin in I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
- 24/11/2020 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbayc an Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
- 24/11/2020 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Mi lli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
- 23/11/2020 Prezident İlham Əliyev: Qaldırdığım bayraq. Eşq olsun!
https://video.azertag.az/site/video/107767
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
- 21/11/2020 "ORİQAMİ" ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə təşkil etdiyi Qrant müsabiqəsi çərçivəsində Oriqami uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan uşaq və yeniyetmələr arasında onlayn qaydada təşkil olunmuş 7-8 yaşlı uşaqların ”Yol hərəkəti təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi” layihəsinin icrası başa çatmışdır.
- 20/11/2020 Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
-Əziz həmvətənlər.
Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm.
- 19/11/2020 Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir. Cari ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.
- 19/11/2020 Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı
Psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (“ZOOM” və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.
- 19/11/2020 Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı 2 aylıq layihə icra etməkdədir. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır,
- 17/11/2020 Qazax, Kürdəmir, Quba və Lənkəranda 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli Orduya sahibdir. Böyük tarixi Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsi bunu bir daha dünyaya nümayiş etdirdi.
- 16/11/2020 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar
https://www.youtube.com/watch?v=UR9t8RUJyHE
https://video.azertag.az/site/video/107359
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
- 16/11/2020 İşğaldan azad edilmiş ərazilərimizdə də sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.
- 14/11/2020 Bu gün Ümumdünya Diabet Günüdür
Bu gün dünyada Diabet Günü kimi qeyd edilir. Diabet Günü 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının(BDF) və Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) təşəbbüsü ilə qeyd edilir.
2006-cı ildən isə bu günü Birləşmiş Millətlər Təşkilatı(BMT) əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib.