ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 18/1/2021 2021-ci ilin hansı sosial hədəfləri var?
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
- 18/1/2021 “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”
“Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” Yardımlı, Pirallahı, Bakı-Səbail, Sumqayıt şəhər və rayonlarında layihəyə100 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb olunmuşdur. Cəlb olunan uşaqlara xidmətlər iki istiqamətdə, evlərdə səyyar sosial xidmətlərin göstərilməsi və onlayn formada həyata keçirilmişdir. Bunun əsas səbəblərindən biri də layihənin fəaliyyət dövrü Koronavirus (Covid 19)Pandemiya dövrünə düşdüyündən ailələrdə bu virusun yoluxma qorxusundan arzu və istəkləri nəzərə alınmışdır.
- 15/1/2021 Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
https://video.azertag.az/site/video/110835
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
- 15/1/2021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi
Qısa müddətdə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.
- 14/1/2021 Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı
Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Qərarına əsasən, qeyd edilən tibbi-sosial ekspertizanın aparılması məsələlərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə komissiya yaradılıb.
- 13/1/2021 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.
01.01.2021-ci il tarixdən tədavülə buraxılacaq yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə elementləri Azərbaycan Mərkəzi Bankı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və müh afizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan etmişdir.
- 12/1/2021 “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı
Bildiyiniz kimi müəyyən səbəblərə görə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyində (bundan sonra - AzKC) uzun müddətdir seçkilər və AzKC-nin qurultayı həyata keçirilə bilinməmişdir.
- 11/1/2021 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
https://video.azertag.az/site/video/110575
-Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.
- 11/1/2021 Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
- 12/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 12/1/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 11/1/2021 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN
Vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 12.01.2021-ci il tarixindən 30.01.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər.
- 8/1/2021 Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.
“Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təsisçisi Mahmud Səfərov 2015 ci ildən eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün Azərbaycanda ilk dəfə jest dilində çəkilən qısametrajlı filmlərin, sosial çarxların müəllifidir. Mahmud Səfərovun jest dilində olan Çarli Çaplin obrazında qisametrajlı filmi 2017 - ci ildə Azad Azərbaycan Televiziyasında yayimlanan "VineShow" yarışmasında finala vəsiqə qazanır.
- 8/1/2021 Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub
https://video.azertag.az/site/video/110357
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.
- 7/1/2021 Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
https://video.azertag.az/site/video/110369
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.