ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/6/2022 “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu
İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşa şəhərində təqdim olunub. DOST Agentliyinin Müşahidə Şurasının Şuşada keçirilən iclası şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
- 22/6/2022 Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Fövqəladə Hallar Nazirliyi (FHN) işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib.
- 22/6/2022 Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə icra olunan sosial dəstək tədbirlərindən bəhs olunub.
- 21/6/2022 Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları, aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini diqqətə çatdırıb.
- 20/6/2022 Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir
Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.
- 20/6/2022 Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclası başa çatıb.
- 18/6/2022 Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.
- 18/6/2022 Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başlayıb. Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
- 17/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 16/6/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat
v Beynəlxalq mükafatlar və sertifikatlar
v Dövlət Sosial Müdafiə Fondunun 2022-ci ilin yanvar-may ayı üzrə göstəriciləri
v Pensiya islahatları
v Əlilliklə bağlı tədbirlər
- 16/6/2022 "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir
Bu gün öz işinə başlayan "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də iştirak edir.
- 15/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 15/6/2022 Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi
Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının daha bir təzahürü kimi və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.
- 15/6/2022 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi
15 iyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıcı oldu.
- 14/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu