ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 4/7/2022 Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Azərbaycanda biznes və professional assosiasiyalarının fəaliyyətinə dəstək olmaqdır. Azərbaycan Mikromaliyyə Assosiasiyası layihənin icraçısı, Əlil Təşkilatları İttifaqı, SEEP FSIC təşkilatları layihənin partnyorlarıdırlar.
- 4/7/2022 Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
- 1/7/2022 ƏMAS-da yeni funksional imkanlar yaradılıb
Artıq əmək müqaviləsinin bağlanma tarixi əvvəlki dövrə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək e-sistemə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaq.
- 30/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 30/6/2022 Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı
Mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramların getdikcə genişləndiyini vurğulayıb. Qeyd olunub ki, hazırda Agentliyin müəssisələrində 600-dən çox uşağa müxtəlif sosial xidmətlər göstərilir.
- 29/6/2022 Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək
Prezident İlham Əliyevin təsdiq etdiyi Qanuna yeni dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir.
- 28/6/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.
QHT.az Modern.az-a istinadən xəbər verir ki, qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub. Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
- 28/6/2022 QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb
Səfər çərçivəsində QHT nümayəndələrinə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.
- 26/6/2022 Regionlarda “DOST” mərkəzləri yaradılır
“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq. Bu dövrdə həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.
- 25/6/2022 Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nın 1.3-cü bəndinə əsasən, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
- 25/6/2022 QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir
Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı keçirilib.
- 25/6/2022 İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib
Sorğu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ECSOFT layihəsi çərçivəsində həyata keçirilən “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” istiqamətində fəaliyyətlər sırasında ekspert, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva tərəfindən gerçəkləşdirilib.
- 24/6/2022 Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs aktivlərlə təmin olunub.
- 24/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!