ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 12/7/2022 Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmətlər göstərilib
Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasından artıq 1 il keçir və ötən dövrdə bu mərkəzlərdə 41 min şəxsə xidmət göstərilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.
- 11/7/2022 Təbrik edirik! QHT.az saytının 7 yaşı tamam olur.
“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.
- 8/7/2022 “Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı yeni layihəyə start verildi
Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılması məqsədi daşıyan “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihənin təqdimat mərasimi keçirilib.
- 7/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 6/7/2022 UNEC İnklüziv təhsil mərkəzi- "Qətlə aparan yol" kitabının təqdimatı
UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn kitab təqdimatında Xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin üzvü Süleyman Abdulla, şair-yazıçı professor Zahid Xəlil iştirak ediblər. Həmçinin dəvətli qonaqlar içərisində Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, ADA Universitetinin Təhsil şöbəsinin mütəxəssisi, paraolimpiyaçı Zinyət Vəliyeva, tanınmış yazıçı Samir İmanov və Mərkəzlə davamlı əməkdaşlıq edən akademik heyət iştirak edib.
- 6/7/2022 Azərbaycan və Türkiyə arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir
S.Babayev Azərbaycan və Türkiyə arasındakı sarsılmaz dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığın daim inkişaf etdiyini, bu istiqamətdə iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb. 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin hər bir Azərbaycan vətəndaşını qürurlandırdığını qeyd edib.
- 5/7/2022 “Qəhrəmanlıq nümunəsi” Kitabının qəhrəmanları
Azərbaycan Gözdən əlillər ictimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Nizami kino mərkəzində 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərmiş qazilərə həsr olunmuş "Qəhrəmanlıq nümunəsi" kitabının və filminin təqdimolunma tədbirini keçirtmişdir. Tədbirdə şəhid ailələri üzvləri, qazilər, əlilliyi olan şəxslər, yaradıcı heyət, hökumət və QHT nümayəndələri iştirak etmişdir.
- 5/7/2022 “Bir qəsəbənin üç Milli Qəhrəmanı” filminin növbəti təqdimat mərasimi keçirildi.
Mərasimdə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, Milli Qəhrəmanların, şəhid ailələrinin valideynləri, ailə üzvləri, elm və təhsil xadimləri, ziyalılar, jurnalistlər iştirak ediridilər.
- 4/7/2022 Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı müzakirə olunub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi arasında Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı ilə (2022-2025) bağlı video formatda müzakirə keçirilib.
- 5/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 4/7/2022 Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Gələcəyin assosiasiyaları” layihəsi əsasında aidiyyatı üzrə fəaliyyətlərin həyata keçirilməsinə başlamışdır. Layihənin əsas məqsədi Azərbaycanda biznes və professional assosiasiyalarının fəaliyyətinə dəstək olmaqdır. Azərbaycan Mikromaliyyə Assosiasiyası layihənin icraçısı, Əlil Təşkilatları İttifaqı, SEEP FSIC təşkilatları layihənin partnyorlarıdırlar.
- 4/7/2022 Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
- 1/7/2022 ƏMAS-da yeni funksional imkanlar yaradılıb
Artıq əmək müqaviləsinin bağlanma tarixi əvvəlki dövrə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək e-sistemə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaq.
- 30/6/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu