ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 22/9/2021 Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir
Azərbaycanda köməkçi texnologiyalar (reabilitasiya vasitələri, o cümlədən təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) ilə təminat sistemi ildən-ilə gücləndirilir. Bu fikir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ilə bu gün keçirilən görüşdə bildirilib.
- 22/9/2021 “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə, təqdim etdikləri vakansiya sayı 2518-ə çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 512-ə çatıb. Onların 268-i dövlət, 244-ü özəl müəssisələrdir. Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona işəgötürənlər tərəfindən artıq 2518 vakansiya təqdim edilib.
- 20/9/2021 Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
Fərmana əsasən, Agentliyin vəzifələri və hüquqları sırasına DOST mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq da daxil edilib. Həmçinin DOST mərkəzlərinin fəaliyyətinə könüllülərin (xüsusilə gənc mütəxəssislqeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək ərin və tələbələrin) cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görülməsi məqsədilə Agentliyə təhsil müəssisələri ilə yanaşı, imkanları verilib.
- 20/9/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 17/9/2021 Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib
Sentyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forum keçirilib.
- 17/9/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 17/9/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 17/9/2021 Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək
https://us02web.zoom.us/j/85042758256?pwd=Zk4zUnR0ZWVIbC81MXRGTlhidkZMdz09
- 17/9/2021 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Agentlikdən QHT.az-a bildiriblər ki, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib.
- 17/9/2021 Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib.
- 16/9/2021 Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair mətbuat konfransı keçirib.
- 16/9/2021 Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan geniş miqyaslı islahatlar əlilliyin müəyyən olunması sistemini də əhatə edir. Bu sistemin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində ötən dövrdə Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığa xüsusi önəm verilib, hər iki təşkilatla faydalı məsləhətləşmələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb.
- 16/9/2021 Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahəsində aparılan işlər müzakirə edilib, məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub.
- 16/9/2021 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 14/9/2021 Azərbaycanda 2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .
