08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

16/9/2014 Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi

08-12 sentyabr 2014 – cü il tarixdə Avstriyanın Graz və Yunanstanın Makedoniya universitetlərində Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”  Tempus layihəsi (“The Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan”- (ESFIDIP) layihəsi çərçivəsində Avstriya və Yunanstanda təcrübə mübadiləsi və təlimlər keçirilmişdir. 

Daha ətraflı

08/9/2014 Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir.

“Sosial hüquqların araşdırılması” İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında həyata keçirdiyi “Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaratdığı Tovuz Günərzi Qayğı Mərkəzinin təqdimetmə mərasimi keçirilmişdir.

 

Daha ətraflı

30/08/2014 "İstedadlı Əlillər" İctimai birliyi əlilliyi olan şəxslərin əl işlərindən ibarət əsərlərin növbəti sərgisini təşkil etdi.

"İstedadlı Əlillər" İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək" adlı layihəsi çərçivəsində “28 Mall Ticarət Mərkəzi”-də əlilliyi olan şəxslərin əl işlərindən ibarət əsərlərin növbəti sərgisini təşkil etdi.

 

Daha ətraflı

21/8/2014 "Istedadlı Əlillər" ictimai biriliyi tərəfindən Xırdalan şəhərində yerləşən AAAF-PARK istirahət mərkəzində açıq havada dəyirmi masa təşkil olunmuşdur.

 

Əziz və Dəyərli dostlar!!!
Bu gün "Istedadlı Əlillər" ictimai biriliyi tərəfindən Xırdalan şəhərində yerləşən AAAF-PARK istirahət mərkəzində açıq havada dəyirmi masa təşkil olunmuşdur.

Tədbir Azərbaycan Respubilikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Daha ətraflı

18/8/2014 "MƏNİM HƏDƏFİM" adlı kitabım çapdan çıxdı.

 

Salam dostlar. Hər biri bir kitab dəyərində olan 9 məqalənin və BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvesiyasının yer aldığı "MƏNİM HƏDƏFİM" adlı kitabım çapdan çıxdı. Bu kitab da əlilliyi olan insanlardan bəhs edir və "hədəfdəki insan" kitabına əlavə olaraq nəzərdə tutulub. Əlilliyi olan insanların qarşılaşdıqları çətinlikləri araşdırsaq görərik ki, bu çoxşaxəli bir problemlər şəbəkəsidir. 

Daha ətraflı

4/8/2014 Əlil Təşkilatları İttifaqının işğalçı Ermənistanın son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı BƏYANATI

 

Əlil Təşkilatları İttifaqı Ermənistanın ona havadarlıq edən qüvvələrin dəstəyi ilə təcavüzkarlıq siyasətinin  gücləndirməsindən ciddi narahatlığını bildirir, beynəlxalq təşkilatları 2014-cü il iyul ayının sonu və avqust ayının əvvəlində çox sayda insan itgisi ilə nəticələnmiş erməni diversiya qrupunun törətdiyi cinayətkar əmələ qiymət verməyə çağırır. 

Daha ətraflı

30/07/2014 “İstedalı Əlillər” ictimai birliyi Abşeron filialının təşkilatıçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən Ibarət sərgi təşkil olunub.

Sərgi Azərbaycan Respublikası Prezidenti yanında QHT –na dəstək şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Sərginin keçirilmə məqsədi cəmiyyətə, əlilliyi olan insanların əl işlərini nümayiş etdirmək, İstedadlı insanların aşkar edilib, onların fəal həyata cəlb etmək və cəmiyyətə inteqrasiyasına təkan verməkdir. Bu barədə  “İstedadlı Əlillər” ictimai birliyi – Mətbuat xidməti rəhbəri Fuad Rəsul məlumat verib. 

Daha ətraflı

12/7/2014 Masallı şəhərində dəyirmi masa keçirilmişdir.

Tədbirdə iştirak edən əlilliyi olan şəxslər, əlilliyi olan uşaqların valideyinləri Masallı rayonunda sosial poblemlərin həlli məqsədi ilə müzakirələrə qoşularaq, birgə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində müxtəlif təkliflərlə çıxışlar etmişdirlər. Tədbir iştirakçıları əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürmüşlər. 

Daha ətraflı

11/7/2014 Əlil Təşkilatları İttifaqı (ƏTİ) Biləsuvar şəhərində regional konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.

Daha ətraflı

8/7/2014 “İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.

  Bu gün “İstedadlı Əlillər” ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin təhsil və hüquqi problemlərinin həllinə dair dəyirmi masa keçirtdi.

Daha ətraflı

30/6/2014 Sumqayıt şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. 

Daha ətraflı

21/6/2014 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azə rbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Daha ətraflı

16/6/2014 Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

 

 

İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib. 

Daha ətraflı

16/6/2014 26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.

 

 

İyunun 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki "Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzinə bərpa müalicəsinə yola salınıb. 

Daha ətraflı

11/6/2014 Azay Quliyev MQF-ni təbrik etdi

Hörmətli  həmkarlar !

       Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları  Forumunun 15 illik yubileyi münasibəti  ilə  qurumun rəhbərliyini  və bütün  üzvlərini  səmimi qəlbdən  təbrik  edirəm.  11 iyun 1999-cu ildə Azərbaycan  höküməti ilə BMT  İnkişaf Proqramının müştərək  fəaliyyəti nəticəsində  təşkilatı  zərurət  kimi yaranmış Milli QHT Forumu (MQF) tezliklə ölkəmizdə ictimai sektorun bayraqdarına çevrilərək yüzlərlə QHT-nin fəaliyyətini  əlaqələndirməyə başladı.  

Daha ətraflı




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü