ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 29/10/2020 Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara müraciət etdi
Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan hərbi əməliyyatları bərpa edərək sentyabr ayının 27-dən etibarən Azərbaycana qarşı növbəti təcavüzə başalmışdır. Acınacaqlı haldır ki, Azərbaycanın mülki əhali yaşayan məntəqələrinin ağır artileriya silahları, raket atəşinə tutulması adi hala çevrilmişdir.
- 28/10/2020 29 Oktyabr – Türkiyə Respublika Günü münasibəti ilə təbrik.
Sizi, qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, əlilliyi olan şəxslərin təşkilatları və əlilliyi olan şəxslər adında səmimi qəlbdən təbrik edir, dərin hörmət və ehtirazımızı bildiririk!
- 28/10/2020 Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.
https://www.youtube.com/watch?v=x4ktT-42hDI
2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
- 28/10/2020 Şəki və Oğuzda 24 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu gün möhtəşəm zəfərlərlə şanlı tarix yazır. Doğma torpaqlarımızın işğaldan azad edildiyi barədə cənab Prezident tərəfindən elan edilən Qələbə xəbərləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz qürur, iftixar hissi yaradır.
- 27/10/2020 Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan dördü azyaşlıdır
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.
- 27/10/2020 Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.
- 27/10/2020 Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar bu dəstək layihəsindən də yararlana biləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir. Layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir.
- 26/10/2020 Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.
- 24/10/2020 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.
https://video.azertag.az/site/video/105285
-Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir.
- 24/10/2020 Zəngilanda məscid donuz fermasına çevrilib - Video
https://www.youtube.com/watch?v=1SjeOC3DUGo
“Ermənilər tərəfindən donuz fermasına çevrilən Azərbaycan məscidi. Bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan rayonunda tapılan bu yer Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycan irsinə tamamilə məhəl qoymadığını göstərir.
- 23/10/2020 Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.
- 22/10/2020 Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO
https://video.azertag.az/site/video/105153
Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
- 21/10/2020 Qarabağ Azərbaycandır!
Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
- 20/10/2020 Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
- 19/10/2020 Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib
https://video.azertag.az/site/video/104805
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agen tliyinə videomüsahibə verib. AZƏRTAC videomüsahibəni təqdim edir.