ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 19/1/2016 Azərbaycan Prezidenti cənab İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir neçə fərman imzalayıb
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- 19/1/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
Səlim Müslümov: “20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb”
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.
- 18/1/2016 “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”
Tədbirin əsas məqsədi layihə, görülmüş işlər haqqında ictimai məlumatlandırmanın aparılması olmuşdur. Qeyd edilib ki, mövcud problemlərlə bağlı ilkin müzakirələrin aparılması, bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiqi, yerli tərəfdaş universitetlərdə “Əlilliyi olan tələbələr üçün mərkəz”lərin yaradılması qarşıda duran əsas vəzifələrdir.
- 7/1/2016 VƏTƏNPƏRVƏRLİK MÖVZUSUNDA ŞAGİRDLƏRLƏ GÖRÜŞ KECİRİLDİ
Bu gün, Bakı şəhər Təhsil İdarəsinin, Nəsimi rayonu 8 saylı Tam Orta Məktəbin təşəbbüsü ilə, bir qurup müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda görüş keçirildi. Tədbirdə, tanınınmış ictimai təşkilatların nümayəndələrindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədrinin 1 –ci müavini, Qarabağ müharibəsinin sərhədçi vetranı Mustafa Əliyev,
- 6/1/2016 Əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə mühüm islahat tədbirləri həyata keçirilib (VİDEO - www.udpo.az)
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib.
- 30/12/2015 Beynəlxalq Forumu təsis edildi.
Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərindən olan, Qeyri- Hökümət Təşkilatlarının və digər vətəndaş cəmiyyəti qururmlarının bu gün, Bakıda keçirilən toplantısında İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu təsis edildi.
- 29/12/2015 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyəti Cəlilabad İcma Əsaslı Reabilitasiya Mərkəzi
9 Dekabr 2015-ci il tarixdə icma əsaslı Cəlilabad Reabilitasiya Mərkəzində Gəncliyə Yardım Fondu tərəfindən fondun nümayəndəsi Salman Əliyevin iştirakı ilə i əlilliyi olan şəxslərə əlil arabaları verildi. Cəlilabad Reabiltasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyəti tərəfindən yaradılmışdır.
- 26/12/2015 İsmayıllıda fiziki əngəlli insanların əl işlərindən ibarət sərgi keçirildi
Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin Mətbuat xidmətindən verilən məlumata görə öncə İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, başçının müavini Sevil Əhmədova,
- 25/12/2015 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası
25 dekabr 2015-ci il. 15-00 tarixdə Bakı şəhəri, ƏTİ-nin ofisində ƏTİ-nin növbəti idarə heyətinin iclası keçirilmişdir.
Gündəlik
1. QHT Şuraya təqdim olunacaq layihələrin müzakirəsi
2. Üzvlüyə qəbul
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın fəaliyyət planı ilə əlaqədar müzakirə
4. Cari məsələlər
- 24/12/2015 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak ediblər
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
- 23/12/2015 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)
2015-ci il dekabrın 15-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi üzrə monitorinq keçirildi. Monitorinqdə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite və Azərbaycanda Milli Erasmus+
- 22/12/2015 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
- 21/12/2015 "Ölümə qənşər” bədii-sənədli filmi
Sumqayıt Dövlət Universitetində (SDU) "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir keçirilib.
- 19/12/2015 "Xeyr deməyin, xeyir eləyin!”
Azərbaycan Xalça Muzeyində xeyriyyə aksiyası keçirildi.
"Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilmişdir. Akisyanın açılışı dekabrın 18-də saat 18:00-da baş tutdu və 19, 20-i tarixlərində də davam etdiriləcək.
- 18/12/2015 Boccia idman növü üzrə "SeniCUP" turniri
18.12.2015-ci il tarixdə Abuarenada Paralimpiyanın Boccia idman növü üzrə "SeniCUP" turniri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himni səsləndikdən sonra Milli Paralimpiya Komitəsinin sədri cənab İlqar Rəhimov iştirakçıları salamlamış və onlara uğurlar arzulamışdır.