ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 19/4/2018 Boccia komandası Naxçıvanda.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti,
- 19/4/2018 Sosial xidmətlər üzrə layihələrin monitorinqinə başlanılır.
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 16 mart 2018-ci il tarixdə keçirilmiş “Əmək və Əhalinin Sosial Mdüfiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində elan edilən layihələrin monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibi olmuşdur.
- 19/4/2018 “Maneəsiz ətraf mühitlə müstəqillik”
Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ətraf mühitin əlilliyi olan şəxslərin hərəkət etmək imkanlarına uyğunlaşdırılmasına dəstək" layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində ətraf mühitin uyğunluğunun monitorinqi aparılacaq, "Bələdçi" və xidmət üçün qaydalar hazırlanacaqdır.
- 18/4/2018 "Əlilliyi olan şəxslərlə sosial iş"
16.04.2018-ci il tarixində BDU-nun Sosial iş kafedrasının dəvəti ilə Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli II kurs Sosial iş ixtisasında oxuyan tələbələr üçün "Əlilliyi olan şəxslərlə sosial iş" fənnindən olan dərs zamanı tələbələrlə görüşmüş və onların suallarını cavablandırmışdır. Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılmışdır.
- 17/4/2018 17 aprel Dünya hemofiliya günüdür.

- 16/4/2018 Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçiriləcək.
Əmək yarmarkasında UNEC-lə yanaşı, əlilliyi olan gənclər, digər ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları mezun@ unec.edu.az ünvanına CV göndərməklə və ya tədbir zamanı CV-lərini təqdim etməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.
- 12/4/2018 Əlilliyi olan şəxslərin seçkilərdə iştirakında müsbət dinamika hiss olunur.
Keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib
- 09/4/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.
- 6/4/2018 Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb
Hazırda nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb.
- 6/4/2018 “AİTF 2018” - əlilliyi olan şəxslərin sərgisi
Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi öz işinə başlayıb. Üç gün davam edəcək sərgidə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.
- 5/4/2018 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu ilin yanvar-mart aylarında əlilliyi olan şəxslərə 6 246 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
- 4/4/2018 Şuradan qalib QHT-lərə müraciət
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Şura tərəfindən maliyyələşdirilən QHT-lərə müraciət edib.
- 4/4/2018 Nazirlik növbəti müsabiqənin qaliblərini elan edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə elan etdiyi növbəti sosial sifarişlərin nəticələrini ilə bağlı 7 QHT-ni qalib elan edib.
- 2/4/2018 Pedoqoji Kollecdə 2 Aprel - Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü ilə bağlı tədbir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təhsil İnstitutunun İnklüziv təhsil şöbəsinin, QHT və KİV nümayəndələrinin, kollecin müəllim və tələbə heyətinin iştirakı ilə 2 Aprel - Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü ilə bağlı tədbirdə
- 1/4/2018 2 Aprel – Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü
BMT-nin 2007-ci il 18 dekabr tarixli qərarına əsasən təsis olunmuş 2 Aprel – Ümumdünya Autizm Haqqında Maarifləndirmə Günü ilə əlaqədar “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən