ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 29/8/2018 Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı
“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Preizdenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi Olan Gənclərin Peşə Kurslarına cəlb edilməsinin təşkili və onların məşqulluğunun təmini” layihəsinin icrası başa çatdı.
- 27/8/2018 “Gənc DOST” Proqramı həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək.
- 25/8/2018 Xalça Muzeyinə ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub.
- 22/8/2018 “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı
Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib.
- 21/8/2018 Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.
- 21/8/2018 Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub. Qurban bayramı münasibəti ilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.
- 20/8/2018 Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək
Əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.
- 20/8/2018 Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir
“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.
- 18/8/2018 Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubiley tədbirlərində iştirak
Avqustun 16-17 – də Moskva şəhərində Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubileyi keçirilmişdir. Yubiley tədbirlərində ÜƏC-in regionnal, federal, mərkəzi orqanlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin 200 – yüzdən çox nümayəndəsi iştirak etmişdir. Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti, Beynəlxal Əlil Təşkilatlarının MDB regional bölməsinin sədri Davud Rəhimli Azərbaycanı təmsil etmişdir.
- 13/8/2018 Abşeron İƏRM-in fəaliyyəti davam edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayonunda həyata keçirtdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihəsinin müddəti müqaviləyə əsasən cari ilin avqust ayının 16-da bitməsinə baxmayaraq,
- 13/8/2018 DOST Agentliyi və mərkəzlərinin yaradılması
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
- 9/8/2018 Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 9/8/2018 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə bu ilin 7 ayında 374 nəfər əlilliyi olan şəxs işlə təmin edilib.
Onlardan bir hissəsinin qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib.
- 9/8/2018 Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili
Layihə rəhbəri, Vətən müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev layihə haqqında ətraflı məlumat verərək dövlətin əlillərə qayğısından danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sağlamlıq imkanları məhdud insanların sosial məsələlərinin həllini daim diqqətdə saxladığını,
- 9/8/2018 İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək
Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş, yəni işini itirmiş şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna sms bildiriş göndəriləcək.