ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 25/5/2019 Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.
Quba rayon Tibb kollecində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi çərçivəsində insan alveri ilə mübarizə mövzusunda tədbir təşkil edilib.
- 25/5/2019 Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib
Layihə çərçivəsində 24-25 may tarixində Lənkəran şəhərində iki günlük ictimai məlumatlandırma seminarı keçirilmişdir. Seminarda Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Bələdiyyəsi, əlaqədar hökumət, vətəndaş cəmiyyəti, biznes, KİV nümayəndələrindən ibarət 35 nəfər iştirak etmişdir.
- 22/5/2019 “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə
Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili aparılmışdır. Təhlil beynəlxalq ekspert tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyanın 24-cü maddəsinin tələbləri çərçivəsində və həmin maddəyə 4 saylı Ümumi şərhdə nəzərdə tutulan indikatorlara əsasən aparılmışdır. Təhlilin ilkin mərhələsində aidiyyatı dövlət və qeyri-hökumət təşkilatları ilə konsultasiya görüşü keçirilmiş və ölkədə mövcud vəziyyətin dəyərləndirilməsi aparılmışdır.
- 20/5/2019 Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu
Mayın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda Forum keçirilib.
- 20/5/2019 Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir.
- 18/5/2019 Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı nın qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər”layihəsini həyata keçirir.
- 15/5/2019 “IBSA Judo Grand Prix Baku 2019” yarışının yekunları rəqəmlərdə: Azərbaycan medal sayına görə birinci yerdə
Paytaxtımızda 13-14 may tarixlərində iki gün davam edən “IBSA Judo Grand Prix Baku 2019” yarışları başa çatıb. Yarışda iştirak etmək üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. Onlardan 11 nəfəri beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. 212 nəfər yarışda öz gücünü sınayıb. Onlardan 150 nəfəri kişi, 62 nəfəri isə qadın olub.
- 15/5/2019 Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb
Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi “Yaxşı Təcrübə” müsabiqəsində xüsusi mükafata layiq görülüb.
BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat Assosiasiyanın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.
- 14/5/2019 Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu keçirilir
Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb. Üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.
- 13/5/2019 Bu gün Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start veriləcək
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.
- 19/5/2019 Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
- 8/5/2019 Əlilliyi olan şəxslərə hüquqi xidmətlər göstəriləcəkdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) UNİVERSAL DİZAYN Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatı t ərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir.
- 8/5/2019 Cari ilin yanvar-aprel aylarında 70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib
Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində tapılıb. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.
Yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır.
- 04/5/2019 “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsini həyata keçirir. Layihənin partnyor təşkilatı Lənkəran şəhər Bələdiyyəsidir.
- 3/5/2019 I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı