19 Mart 2024-ci il

Əsas Səhifə Webmail

BAYRAM GÜNLƏRİ-

  

 
Bayram - milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlərdir.
 
(Maddə 105, Azərbaycan Respublikasının əmək məcəlləsi)  
 
Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:  
  • Yeni il bayramı - 1 və 2 yanvar
  • Qadınlar günü - 8 mart
  • Faşizm üzərində qələbə günü - 9 may
  • Respublika günü - 28 may
  • Azərbaycan xalqının milli qurtuluş günü - 15 iyun
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü - 26 iyun
  • Dövlət müstəqilliyi günü - 18 oktyabr
  • Azərbaycanın Dövlət bayrağı günü - 9 noyabr
  • Konstitusiya günü - 12 noyabr
  • Milli Dirçəliş günü - 7noyabr
  • Dünya azərbaycanlılarının həmrəyliyi günü - 31dekabr
  • Novruz bayramı – 21 mart, beş gün
  • Qurban bayramı – iki gün
  • Ramazan bayramı – iki gün
 
  1. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
  2. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
  3. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
  4. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
  5. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
  6. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

 

Ümumxalq hüzn günü Hər il yanvarın 20-si —

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş

şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür.

Bu gün iş günü hesab edilmir.  

Rəsmi bayramlar və xatirə günləri

  Tarix Bayram Qeydlər
  1 yanvar - 2 yanvar Yeni il bayramı 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i və 2-i istirahət günü kimi qeyd edilir.
  8 mart Beynəlxalq Qadınlar günü Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.
  20 mart-21 mart Novruz bayramı Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə beş gün qeyri-iş günü hesab hesab olunur.
  9 may Faşizm üzərində qələbə günü 1945-ci ilin bu günü keçmiş SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.
  28 may Respublika günü 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
  15 iyun Milli Qurtuluş günü 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.
  26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına[1] əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir. Bundan əvvəl 18 sentyabr 1992-ci il tarixli 217 nömrəli fərman[2] ilə bu gün 9 oktyabrda qeyd edilir.
  18 oktyabr Dövlət müstəqiliyi günü Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.
  9 noyabr Dövlət Bayrağı Günü Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli Sərəncamına[3] əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
  12 noyabr Konstitusiya Günü 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyası[4] qəbul edilib. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.
  17 noyabr Milli Dirçəliş günü Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında – Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir. Əmək Məcəlləsinə edilən 08.12.2006-cı il tarixli dəyişikliklərlə iş günü hesab olunur.
  31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 25 dekabr 1991-ci il tarixli 38 saylı qərarı[5] ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.
Dini bayramlar
  Ay təqviminə görə dəyişir Ramazan Bayramı 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı 2 gün qeyd olunur.
  Ay təqviminə görə dəyişir Qurban Bayramı Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Qurban bayramı 2 gün qeyd edilir.
Xatirə günləri
  20 yanvar Ümumxalq hüzn günü 1990-cı ilin 20 yanvarında SSRİ rəhbərliyinin siyasətinə etiraz edərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində şəhid olanların xatirəsi yad edilir.
  26 fevral Xocalı soyqırımı günü 1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişlər.[6]
  31 mart Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman vermişdir.

Peşə bayramları və xüsusi günlər

  Tarix Bayram Qeydlər
  29 yanvar Gömrük İşçiləri Günü Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997 tarixli, 464 nömrəli Sərəncamı ilə 30 yanvar Azərbaycan Respublikası gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib. 30 yanvar 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Gömrük Komitəsi yaranmışdır.
  2 fevral Azərbaycan gəncləri günü 1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
  11 fevral Vergi xidməti işçilərinin peşə bayramı Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında 2000-ci il 11 fevral tarixli 281 nömrəli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il fevralın 1-də imzaladığı “Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı[7] ilə qeyd edilir.
  14 fevral Hərbi Hava Qüvvələri günü Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 203 saylı fərmanı[8] ilə bayram günü elan edilib.
  22 fevral Avtomobil yol işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı[9] ilə qeyd edilir. Bax: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
  5 mart Bədən tərbiyəsi və idman günü Bu tarix Azərbaycan Respublikası Prezidentininn “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına[10] əsasən qeyd edilir.
  10 mart Milli Teatr Günü 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-ci il tarixli 2755 saylı fərmanı[11] ilə bayram günü elan edilib.
  10 mart Qızıl Aypara Günü Azərbaycan Respublikasının Prezidentinin 7 aprel 2008-ci il tarixli 2749 saylı Sərəncamı[12] ilə bayram günü qeyd edilib.
  12 mart Daxili Qoşunlar Günü 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycan Respublikasının Prezidentinin 1995-ci il 9 mart tarixli fərmanı[13] ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.
  19 mart Miqrasiya orqanları işçilərinin peşə bayramı günü Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il tarixli 812 saylı Sərəncamı[14] ilə bayram günü elan edilib.
  28 mart Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı 1919-cu il martın 28-də AXC-nin müdafiə naziri Səməd bəy Mehmandarovun 157 №-li əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat xidməti təşkil olunub. Prezidentin 1997-ci il 23 mart tarixli fərmanı ilə məhz 28 mart ölkəmizdə Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunur.
  10 aprel İnşaatçılar Günü  Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2009-cu il tarixli, 629 saylı Sərəncamı[15] ilə hər il aprelin 10-u Azərbaycan Respublikasında “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olun.
  23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı Azərbaycan Respublikası Prezidentin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli Sərəncamı[16] ilə 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı təsis olunub.
  2 iyun Mülki aviasiya işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam[17] imzalayıb. Sənədə əsasən hər il iyun ayının 2-si - 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün - mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilir.
  5 iyun Su təsərrüfatı və meliorasiya işçiləri günü Azərbaycan Respublikası Prezidentinin 14 may 2014 tarixli Sərəncamı[18] ilə 5 iyun Azərbaycan Respublikasında "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı elan edilib.
  17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamına[19] əsasən 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
  18 mart İnsan hüquqları günü  
  20 iyun Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı Sərəncama əsasən, hər il iyunun 20-si respublikada qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.[20]
  23 iyun Dövlət qulluqçularının peşə bayramı günü Dövlət Qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı[21] ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. 
  24 iyun Maşınqayırma sənayesi işçiləri günü  [22]
  İyul ayının I bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyul 1998-ci il tarixli Sərəncamı[23] ilə Azərbaycan Respublikasının iqtisadi və sosial həyatında Xəzər Dəniz Gəmiçiliyinin əhəmiyyətli rolu nəzərə alınaraq iyul ayının birinci bazar günü Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü elan edilib.
  2 iyul Azərbaycan Polisi Günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 may tarixli, 710 saylı fərmanı[24] ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
  9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü 9 iyul tarixi Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2356 saylı Sərəncamı[25] ilə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Peşə bayramı üçün məhz bu tarixin seçilməsi 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi əsas götürülüb
  22 iyul Milli Mətbuat və Jurnalistika Günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində "Əkinçi" qəzetinin ilk sayını nəşr etdirib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[26] ilə milli mətbuat günü (Azərbaycan jurnalistikası günü) 1991-ci ildən "Əkinçi" qəzetinin nəşrə başlandığı gün kimi qeyd olunmağa başladı.
  1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Sərəncamı[27] ilə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir
  2 avqust Azərbaycan kinosu günü Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000 tarixli, 588 nömrəli Sərəncamı[28] ilə 2 avqust Azərbaycan Kinosu Günü təsis olunub. Azərbaycanda ilk açıq film göstərilməsi məhz 2 avqust olub.
  5 avqust Hərbi Donanma Günü Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Azərbaycanın hərbi-dəniz donanması da yaradıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur
  18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı[29] ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
  23 avqust Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə 23 avqust Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı[30] ilə 1993-cü il avqustun 23-də yaradılan Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi prezidentin 2002-ci il 6 may tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti adlanıb.
  15 sentyabr Bilik Günü Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı[31] ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
  18 sentyabr Milli Musiqi Günü (Üzeyir musiqi günü) Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı[32] ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
  20 sentyabr Neftçilər günü 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli 558 saylı fərmanı[33] ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib
  1 oktyabr Prokurorluq işçiləri günü Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutularaq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidenti 17 iyul 1998-ci il tarixli Sərəncam[34] imzalamışdır
  10 oktyabr Yanğınsöndürənlərin peşə bayramı günü Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli Sərəncamı[35] ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib.
  13 oktyabr Dəmir yolu işçilərinin peşə bayramı günü Azərbaycan Prezidentinin 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam[36] ilə 13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunur.
  20 oktyabr Energetiklər günü Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına[37] əsasən hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir.
  1 noyabr Kənd təsərrüfatı işçiləri günü  
  6 noyabr Azərbaycan televiziyası və radiosu günü Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərindən başlayır. Bakıda ilk radio qurğusu 1924-cü ildə quraşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır.[38]
  8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prezidentinin 2006-cı il oktyabrın 28-də imzaladığı Sərəncamla hər ilin bu günü Bakı metropolitençilərinin peşə bayramı günü kimi qeyd edilir.[39] Bakı Metropoliteni 1967-ci ilin noyabrın 6-da işə salınıb.
  22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası
 

1




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”