28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail

Sosial xidmət

Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Təminat Xidməti

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti əhalinin aztəminatlı təbəqələrinin, tək ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.

    Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və Xidmətin Əsasnaməsini rəhbər tutur.

    Xidmət öz Əsasnaməsində nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, özünüidarəetmə orqanları, həmkarlar ittifaqları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 

    Xidmət əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsini təmin edir, öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasını, insan alveri qurbanlarının və penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasını həyata keçirir. Xidmət özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilib ödənilməsini təmin etməklə, tək ahıllara, əlillərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərə sosial-məişət xidməti göstərən müəssisə və xidmətlərin fəaliyyətini təşkil edir, bu müəssisə və xidmətlər şəbəkəsinin inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.Qanunvericiliklə müəyyən olunmuş qaydada aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsini təmin edir, təkmilləşdirir və bu sahədə nəzarəti həyata keçirir, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən sosial müavinətlərin qanunvericiliyə uyğun olaraq təyin edilməsi və ödənilməsini, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməklə bu sahədə nəzarəti təmin edir.  

    Xidmətin aparatı, şəhər, rayon Əhalinin sosial müdafiəsi mərkəzləri, Xidmətin tabeliyində olan İnternat evləri, Pansionatlar, İnsan alveri qurbanları yardım mərkəzləri, Penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün sosial adaptasiya mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələri və sosial sığınacaqları və digər qurumları Xidmətin vahid sistemini təşkil edir. 
Xidmətin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Xidmətin strukturuna Maliyyə və təsərrüfat şöbəsi, Ümumi şöbə, Mühasibat uçotu sektoru, Təsərrüfat sektoru, Sənədlərlə iş sektoru 

    Vətəndaşların qəbulu sektoru, Sosial yardımların təşkili sektoru, Sosial müavinətlər və imtiyazlar sektoru, Sosial xidmətin təşkili sektoru, Sosial proqramlar və reabilitasiya sektoru, Beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sektoru, Sosial yardım və sosial müavinətlərin ödənişinin təhlili və nəzarət sektoru, Hüquq və kadrlarla iş sektoru fəaliyyət göstərir.

    Xidmətə Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəisin təqdimatı əsasında Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müavini vardır.

1




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib