ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 23/7/2022 Nazir müavini Vətən müharibəsi şəhidi Vasif Quliyevin ailəsini ziyarət edib
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Beyləqan rayonunda şəhid Quliyev Vasif Tahir oğlunun ailəsini ziyarət edib. Vətən müharibəsində şərəfli döyüş yolu keçən V.Quliyev Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
- 22/7/2022 Nazir Sahil Babayev: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişlənəcək”
Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri qarşıdakı dövrdə daha da genişlənəcək. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan tədbirlər çərçivəsində artıq 100 mindən çox şəxsə 193 min xidmətin göstərildiyini deyib.
- 21/7/2022 Protezlə təmin edilmiş qazilər futbol oynadı
Vətən müharibəsində yaralanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin edilmiş qəhrəman qazilərin futbol yarışı keçirilib.Yarışı izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri və digər tanınmış şəxslər də olub.
- 20/7/2022 Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb
Qonaqlar 1 saylı DOST mərkəzilə tanış edilib, onlara xidmət prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə icra olunmağa başlanmışdır.
- 20/7/2022 Gözdən əlilliyi olan şəxslərin sosial təminatı gücləndirilir
Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
- 20/7/2022 Nazir Sahil Babayev: Postmüharibə dövründə qazilərimizin reabilitasiyasına ciddi önəm verilib
Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib. Bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib.
- 19/7/2022 Agentlik 2022-ci il kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
- 19/7/2022 Gözdən əlilliyi olan 50 nəfərə sosial reabilitasiya və bərpa xidmətləri göstərilib
Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib. Şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur.
- 19/7/2022 Böyük qayıdışın ilk iştirakçıları olan Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb
Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür.
- 18/7/2022 Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
https://www.youtube.com/watch?v=065BdN3Q3rU
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.
- 18/7/2022 “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”nın təlimçiləri məlum oldu
Məlumat verdildiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
- 17/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 16/7/2022 “Məşğulluq marafonu” üzrə 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.
- 15/7/2022 Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib
https://video.azertag.az/site/video/148244
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.