ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 28/4/2020 "Jest dilində məlumatlandırma" layihəsini davam etdirir.
Bu dəfə "Jest dilində məlumatlandırma" layihəsi çərçivəsində , Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin video roliki, Jest dilinə tərcümə olunub.
- 23/4/2020 Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir
Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.
Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.
- 19/4/2020 Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
- 18/4/2020 İşsiz kimi qeydiyyata alınanlardan 25 min nəfəri üçün də birdəfəlik vəsait köçürüldü
İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürüldü.
Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
- 16/4/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.
Konfransda COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət, görülən işlər və Əlil Təşkilatları İttifaqının Dövlət qeydiyyatından keçməsinin 15 illiyi müzakirə olunmuşdur.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ölkə prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın apardıqları qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alnmasını qeyd etmişdir.
- 14/4/2020 Sosial xidmət işçilərinin əməkhaqlarına əlavə müəyyən edildi
Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 14 aprel 2020-ci il tarixli Sərəncamı xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət etməklə, eyni zamanda, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.
- 8/4/2020 "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar məlumatlandırma aparılacaq.
https://cloud.mail.ru/stock/51EKREkLSHdNC3ibpzJb7pYt
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Jest dilində məlumatlandırma " layihəsi çərçivəsində, eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirəcək.
- 7/4/2020 Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
- 7/4/2020 Ünvanlı sosial yardım alınmasında güzəşt
Ünvanlı sosial yardım alma müddəti aprel may ayları müddətində uzadılmışdır. Yəni müddətin bitməsinə baxmayaraq avtomatik olaraq müddət uzadılır və bunun üçün əlavə sənədlərin toplanmasına ehtiyac yoxdur.
- 17/3/2020 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirliyin bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb.
- 16/3/2020 Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib
AZƏRTAC xəbər verir ki, ölkəmizdə həyata keçirilən sosial islahatlardan danışan Prezident İlham Əliyev dedi:
- Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir.
- 12/3/2020 Sosial xidmət müəssisələrində koronavirus əleyhinə mütəmadi dezinfeksiya işləri aparılır
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və güşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.
- 11/3/2020 Qəbələ və Şəmkirdə inşasına başlanan uşaq bərpa mərkəzləri bu il istifadəyə veriləcək
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uşaq bərpa mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri aparılır.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qəbələ və Şəmkir rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanılıb.
- 10/3/2020 İş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.
https://www.youtube.com/watch?v=wkmPzi_3t8Q
Əmək qanunvericiliyinə əsasən gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.
- 9/3/2020 “Azərbaycanda məşğulluğa dəstək layihəsi” təsdiq olunmuşdur.
Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.