ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 5/10/2023 Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub
Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar keçirilən görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, hərbi yönümlü ekspertlər, QHT nümayəndələri və müharibə veteranları iştirak edib.
- 4/10/2023 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
- 3/10/2023 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 2/10/2023 Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.
Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi - 2023” çərçivəsində oktyabrın 2-də ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.
- 30/9/2023 “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.
Bu gün Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı Bakı şəhəri Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsində “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib. Tədbirdə QHT sədrləri və rayon ictimaiyyəti iştirak ediblər.
- 29/9/2023 “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa və Nardaran qəsəbəsində yerləşən 3 ümumtəhsil məktəbində 01.07.2023-cü il tarixində başlanilmış “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsini 29.09.2023-cü il tarixində bitirmişdir
- 30/9/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 29/9/2023 Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma
Otuz illik işğal ərzində Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini qəsdən dağıtmış, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirmişdir.
- 29/9/2023 Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
- 27/9/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 23/9/2023 “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” e-xidməti istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.
Geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:
- 23/9/2023 Qarabağla bağlı İşçi qrup yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
- 23/9/2023 Beynəlxalq İşarət Dili Günü
- 21/9/2023 “Alternativ hesabatların ilkin formalarının müzakirəsi və təqdimatıı”
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq 21 sentyabr 2023 - cü il tarixdə “Alternativ hesabatların ilkin formalarının müzakirəsi və təqdimatı” bir günlük seminar keçirilmişdir.