ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 6/2/2023 Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib
Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və geniş əraziləri əhatə etmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, insanların yaralanması, güclü dağıntıların olması xəbəri bizi olduqca kədərləndirdi. Bu ağır və çətin zamanda həmişə türk qardaşlarımızla bir yerdəyik.
- 3/2/2023 Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub
“Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.
- 2/2/2023 Milli Məclisdə ictimai dinləmə keçirilir
Milli Məclisdə “Heydər Əliyev İli” və 2 Fevral - Gənclər Gününə həsr edilmiş “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilir.
- 2/2/2023 Qrant müsabiqəsi elan edildi - ELAN
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri v ə təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
- 2/2/2023 2 fevral Gənclər günü
Əziz gənclər, bayramınız mübarək!
- 2/2/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 1/2/2023 “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!
2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi yekunlaşıb.
- 30/1/2023 Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.
- 28/1/2023 Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk.
- 28/1/2023 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 27/1/2023 Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib
Azərbaycan Əlil Təkilatları İttifaqı əlillərin insan hüquqlarının müdafiəsi ilə tanınan “Beynəlxalq Əlillər Alyansı (BİA) və Avropa Əlillik Forumunun (EDF), Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı yaydığı qərəzli məlumatla əlaqədar bəyənat yayıb.
- 26/1/2023 “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur
Yanvarın 25-də Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib.
- 2/1/2023 Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır
Pensiya, müavinət və təqaüdlərin təyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.
- 24/1/2023 Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü olub.