ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 21/11/2023 Sosial tərəfdaş
“Sosial tərəfdaş” layihəsi çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər nağdsız şəkildə alış-veriş edərək endirimlərdən faydalana bilərlər.
- 21/11/2023 Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 10 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz çox olmaqla 71,2 min reabilitasiya vasitəsi verilib.
- 13/11/2023 Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir
13 noyabr 2023-cü il tarixində , saat 11:00 da “ Flame Towers” İMAX -da beynəlxalq gözdən əlillər günü ilə əlaqədar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB tərəfindən hazırlanmış 44 günlük Vətən müharibəsi zamanı hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev haqqında çəkilmiş filmlərin təqdimatı olmuşdur.
- 13/11/2023 Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.
Respublika Endikrinoloji Mərkəzi, Azərbaycan Diabet Liqası İctimai Birliyi və “Novo-Nordisk” şirkətinin dəstəyi ilə Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.
- 12/11/2023 12 Noyabr Konstitusiya Günüdür!
12 Noyabr Konstitusiya Günüdür!
- 9/11/2023 Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.
Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır.
- 28/ 10/2023 BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib
BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə BMT Gününə həsr olunmuş “Güvən yürüşü” təşkil edib.
- 24/10/2023 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub
“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib.
- 1/11/2023 Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi, eyni zamanda onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Əlil Təşkilatları İttifaqının nümayəndələri üçün onlayn seminar təşkil etmişdir.
- 10/10/2023 QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir.
- 5/10/2023 Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub
Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar keçirilən görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, hərbi yönümlü ekspertlər, QHT nümayəndələri və müharibə veteranları iştirak edib.
- 4/10/2023 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
- 3/10/2023 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 2/10/2023 Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.
Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi - 2023” çərçivəsində oktyabrın 2-də ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.