BİZİM HAQDA
TƏŞKİLATLAR
ÜZVLÜK QAYDALARI
QANUNLAR
KİTABXANA
FOTO ALBOM
ƏMƏKDAŞLAR
LAYİHƏ VƏ
PROQRAMLAR
LİNKLƏR
AZƏRBAYCAN HAQDA
BİZİMLƏ ƏLAQƏ
KOMİSSİYALAR
ARXİV

 

Veb Saytın yaranmasına dəstək:


Azərbaycan Respublikası
Prezidenti yanında QHT – lərə
Dövlət Dəstəyi Şurası


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu (ACİYF)

Burada Sizin logonuz ola bilər:

 

TƏŞKİLATLAR

“Müstəqil Həyat”
İnkişaf və Dəstək Mərkəzi ictimai birliyi

Ünvan

Bakı şəhəri, Binəqədi rayonu, M. Kazımovski küçəsi 16a, mənzil 53

Telefon

(+994 12) 457 88 60 Mob.: (+99455) 771 73 88

Fax

 

Elektron poçt

lsuperxas@mail.ru ; independent_life@mail.ru
independent_life_a@yahoo.com

VEB Site

    

Qeydiyyatdan keçmə tarixi

 29. 12. 2004-cü il                                                                       

Təşkilatın rəhbəri

Aydın Xəlilov

Rəhbərlikdə qadınların sayı

 3                  

Üzvlərin sayı

15

Təşkilatın statusu

Respublika

Məqsəd və vəzifələri
Müstəqil, sağlam, sülhpərvər, tolerant həyat tərzi ideyasını həyata keçirmək.
Uşaqların (gənclərin), qadınların və əlilliyi olan insanların iqtisadı inkişaf proseslərini dəstəkləmək və sosial problemlərinin həllinə kömək etmək. Onlar üçün bərabər imkanların təmin etmək.

Təşkilatın əsas fəaliyyət istiqamətləri:
Fərdi və ya bir qrup şəxslərin (əsasən əhalinin aztəminatlı və imkansız təbəqələri, kimsəsiz uşaqlar, gənclər, qadınlar, əlilliyi olan insanlar, şəhid ailələr, qaçqınlar və s.) cəmiyyətə inteqrasiyasına çətinlik törədən psixoloji və fiziki maneələri aradan qaldıran işləri həyata keçirmək. Onların özlərin və onların hüquqlarını müdafiə edən təşkilatların inkişafı üçün şəraitin yaradılması. Əhalinin daha zəif təbəqələri təmsil edən (qadınlar, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan insanların, QİÇS/HİV və digər bu kimi xəstəliyinə yoluxmuş insanların və s.) şəxslər üçün tolerant həyat tərzi yaratmaq. Eyni profilli beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi etmək. Ümumiyyətlə, Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyində qadağan və mərkəzim məqsədlərinə zidd olmayan hər hansı bir fəaliyyəti həyata keçirə bilər.

Həyata keçirilmiş proqram və layihələr:
* biz müntəzəm olaraq ictimaiyyətin diqqətini müəyyən probleminə və onun həllinə cəlb etmək məqsədilə  əlamətdar günlərdə kütləvi tədbirlər həyata keçirik. Bunlar:
А) 5 May - Avropa Əlilliyi olan İnsanların Hüquqların Müdafiəsi Günü. (artıq iki ildir ki, uşaq əlil təşkilatların şəkillərdən və işlərdən ibarət “Reallığın Aynası –1, 2, 3” adlı foto-video sərgisi keçirilib); (Təşkilati dəstək: AR mədəniyyət və Turizm Nazirliyi , AR Gənclər və İdman Nazirliyi, Uşaq Hüquqların Müdafiəsi üzrə Azərbaycan QHT Alyansı;). 2006-2008
Б) 3 Dekabr –Əlilliyi olan İnsanların Beynəlxalq Günü (dəyirmi masa, sərgi, radio veriliş); 2005-2006.
C) 1 İyun – Uşaqların Müdafiəsi Günü (uşaq evləri və internat məktəblərində qalan yetim və kimsəsiz uşaqların əl işlərinin sərgisı.M. Maqomayev adına Filarmoniyası.15.06.2007). (Təşkilati dəstək: Uşaq Hüquqların Müdafiəsi üzrə Azərbaycan QHT Alyansı).
d) 12 Avqust- Beynəlxalq Gənclər Günü (gənclər problemləri əlaqədar sorğu və ANS-ÇM-də sorğunun məqsədi və nəticələrin işıqlandırılması). 2007.
e)  Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşaların 2-ci Milli Festivalı. 16 dekabr 2007-ci il.(“Müşviq” Əlil Uşaqlara Yardım Mərkəzi ilə birlikdə). (Təşkilati dəstək: AR mədəniyyət və Turizm Nazirliyi).
* uşaq evləri və internat məktəblərində xeyriyyə tədbirləri, ələlxüsus bayram günlərdə (Novruz Bayramı, Ramazan, Yeni İl və s.).Buzovna qəs. 13 nömrəli İnternat. Mart 2006. Lökbatan qəs. 39 nömrəli sanatoriy tipli uşaq evi. oktyabr 2007. Günəşli qəs. 2 saylı  Uşaq evi. Oktyabr 2007.
A) Əlillər üçün “Peşə Hazırlığı Mərkəzi”(pilot layihə). Bir neçə peşə üzrə əlillyi olan insanların hazırlaşdırıması. 2006. (Donor: OSİ-Azərbaycan )
B) əlilliyin dərki və etiket; məlumatlandırma. (Bakı ş. 12 r-n bələdiyyəsində. Donor ABŞ Səfirliyi, Helsinki Vətəndaş Assambleyası), (9-11 siniflər orta məktəblər- 23saylı, 159 saylı, 228 saylı, 244 saylı və d.). 2006-2007;
C) HİV/AİDS haqqında məlumatlandırma; (Bakı ş. 8 uşaq evi və internat. May -2007. Uşaq koloniyası. Oktyabr 2007. Donor: OSİ-Azərbaycan)

Üzv olduğu yerli qurumlar:  

  • İcma Əsaslı Reabilitasiya Mərkəzlərin Şəbəkəsi – İdarə Heyətin üzvü;
  • Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı – fəal üzv (xüsusi qayğıya ehtiyacı olan uşaqlar və De-İ işçi qruplarda)

Üzv olduğu Beynəlxalq qurumlar:

  • “Telefonla Extremal Psixoloji Yardım Xidmətlərin Beynəlxal Federasiyası” – üzv
  • MDB üzrə “Telefonla Extremal Psixoloji Yardım Xidmətlərin” Assosiasiyası - üzv

Beynəlxalq tədbirlərdə iştirakı

  • “Müyəssər Təhsil uğrunda Gənc Əlillərin Şəbəkəsi” layihəsi – Moskva, MDB (2003- 2006)
  • “Maneəsiz Kino” Əlillik mövzusunda 2-ci Beynəlxalq Kinofestival – Moskva, Rusiya

Əlavə qeydlər
*treninq və seminarlar, aşağıdakı mövzuya:
a) əlilliyin dərki və etiket;
b) HİV/AİDS haqqında məlumatlandırma; 
c) erkən nigahlar problemi və nəticələri; 2006.
d) qarşılıqlı anlayış
e) özünə inam
f) ümumiyyətlə hər bir mövzuda treninqlərin təşkili və s.
* konsultаsiyalar:
А) psixoloji
Б) hüquqi
C) sosial.



 

 

WebStudio.Az

Ünvanı: AZ1138, Bakı ş., Əhməd Cavad küçəsi 7a
Tel: (+994 12) 43 44 836; mob: (994 50) 371 03 02; Telfax (+994 12) 43 49 329
E-mail: union-dpo@baku.az


© 2008 Copyright Azəbaycan Respublikası “ƏLİL TƏŞKİLATLARI İTTİFAQI” (ƏTİ) - http://www.udpo.az