ELANLAR




- 10/4/2021 Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.
COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyəti çətinləşən həssas əhali
qruplarına xidmətlərin göstərilməsi
(4) Azərbaycan Əlil Təşkilatları İttifaqı - YouTube
2020-ci ilin əvvəlindən başlayaraq bütün dünyada, o cümlədən ölkəmizdə COVİD 19 pandemiyası yayılmağa başlanmışdır. Pandemiya özü ilə bir çox fəsadlar gətirmiş, insanların yaşayış tərzinə ciddi mənfi təsirlər göstərmiş, məhdudiyyətlər yaratmışdır. Bu mənfi təsirlər risk qrupuna daxil olan əhali qrupuna, o cümlədən əlilliyi olan şəxslərə münasibətdə özünü daha çox biruzə verir. Dövlət öz vətəndaşlarının qarantı kimi müyyən təşkilati işlər görməklə sosial müdafiə tədbirləri həyata keçirir.
Pandemiyanın ilk günərində Nazirlər Kabineti nəzdində yaradılan operativ qərargahın qərarına əsasən 4 istiqamətdən biri sosial müdafiənin təmin olunmasıdır. O cümlədən əlilliyi olan şəxsləri koronavirus infeksiyasının fəsadlarından qorumaq üçün hüquqi-normativ aktlar qəbul olunmuşdur.
Çoxsaylı xidmətlər elektronlaşdırıldı, məsafədən xidmət formasına keçdi.
Lakin əlilliyi olan şəxslər bu xidmətlərə çatımda, onları əldə etməkdə çətinliklərlə üzləşirlər, maddi, psixoloji və diggər sarsıntılara məruz qalırlar.
Bunun aktuallığını nəzərə alaraq Əlil Təşkilatları İttifaqı Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumunun dəstəyi ilə əlilliyi olan şəxslər və digər maraqlı əhali qrupu üçün müxtəlif mövzular üzrə video dərslər hazırlamışdır.
Əsas məqsəd bu insanların dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq və onları maarifləndirməkdir. Proqrama əsasən əsas xidmətləri əhatə edən 12 mövzu üzrə videodərslər hazırlanıb və ardıcıllıqla sizlərə təqdim olunur. Video dərslərə aşağıdakı mövzular daxildir:
1. Ümumi tanışlıq
2. Əlilliyin qiymətləndirilməsi, təyin olunması proseduru və qaydaları
3. Reabilitasiya bərpa xidmətlərini almaq üçün müraciət qaydaları
4. Reabilitasiya vasitələri, protez-ortopedik vasitələrin əldə olunması qaydaları
5. Evdə sosial xidmətlər və onları almaq üçün müraciət qaydaları
6. Sosial müavinət, təqaüd və kompensasiyaların təyin edilməsi qaydaları
7. Peşə və təhsil almaq üçün müraciət qaydaları
8. Məşğulluq və özünəməşğulluq proqramına müraciət qaydaları
9. Məişət zorakılığı hallarında hüquqi yardım və mühafizə xidmətlərinə müraciət qaydaları
10. Ünvanlı dövlət sosial yardımı və onun təyin olunması qaydaları
11. Tibbi vəsaitlərin və dərmanların əldə olunması qaydaları
12. 13. Covid-19: profilaktika və müalicə
Videoları paylaşmaqda məqsədimiz sizlərə hər hansı bir məsələnin həllində yardımçı olmaqdır, yəni istədiyiniz xidməti almaq üçün nə etmək, necə etmək lazım olduğunu, hara müraciət etməli (hansı qurum, hansı sayt), nə vaxt etmək, nə qədər vaxt lazım olduğunu və digər bu kimi suallarınıza cavab verməyə çalışacayıq, eyni zamanda əlavə məsləhətlərə də yer verəcəyik.
Bu xəbər 8587 dəfə oxunub