18 Dekabr 2014-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/4/2012 19. Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 1993-cü il


Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Tibbi göstərişlər üzrə xüsusi avtonəqliyyat almağa hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında təlimat təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tibbi göstərişlər əsasında Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin növbədənkənar,

1990-cı ildə Bakı şəhərində və respublikanın yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların isə ümumi növbə ilə pulsuz xüsusi avtonəqliyyatla təmin olunması üçün dövlət büdcəsindən bu məqsədə ayrılmış vəsait daxilində mərhələlərlə vəsait ayırsın.[1]

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi minik avtomobillərinin illik limitinin bölgüsü zamanı respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin istər adi, istərsə də əllə idarə olunan xüsusi minik avtomobillərinə olan tələbatını nəzərə alsın.

4. “Əlillərin adi və əl ilə idarə olunan avtomobillərlə və motorlu arabalarla təmin olunması qaydaları haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 20 aprel tarixli 130 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

 

Baş nazir   S.HÜSEYNOV

 

Bakı şəhəri, 5 avqust 1993-cü il

№ 433

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında

 

TƏLİMAT

 

I. Ümumi müddəalar[2]

 

1. Tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən növbə qaydasında həyata keçirilir.[3]

2. Əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyası (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır

TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər.

3. Avtomobil və motorlu araba almaq hüququ olan əlillərin istifadəsində göstərilən nəqliyyatın yalnız bir növü ola bilər.

4. Əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları satmaq və bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan ailə üzvünə verilir.

5. Xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qocalar və əlillər üçün internat evlərində dövlət təminatında olan əlillərə avtomobil və motorlu arabalar pulsuz və ya güzəştli şərtlərlə verilmir.

7. Əlillərə əl ilə idarə olunan avtomobil və motorlu arabaların idarə edilməsinin öyrədilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edir.

Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və onlara bərabər tutulanların öyrədilməsilə əlaqədar tədris yerinə gəlmək və qayıtmaq, yemək, həmçinin yataqxanada yaşamaq xərcləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri üçün nəzərdə tutulan büdcə vəsaiti hesabına həyata keçirilir.

Əmək xəsarətinə (və ya peşə xəstəliyinə) görə əlillərin öyrənilməsi ilə əlaqədar xərclər əlilliyin alındığı müəssisə və təşkilatlar tərəfindən ödənilir, haqqı ödənilməklə avtomaşın almağa TSEK qərarı ilə hüququ olan digər əlillərin öyrədilməsi özlərinin vəsaitinin hesabına keçirilir.

 

II. Tibbi-sosial ekspert komissiyalarında əlillərin müayinə qaydaları

 

8. Əlillərin TSEK -dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir.

Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK -na göndəriş verir.

9. TSEK tibbi sənədlərin böyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən

müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür.

TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir.

10. Tibbi göstəricilərin təyini üçün müayinə hər bir əlilə görə əl ilə idarə olunan avtonəqliyyat və ya motorlu araba almaq üçün tibbi göstərişlərin təyini barədə akt qərtib edilir. Müayinə aktları müayinə keçirilmiş TSEK -da saxlanılır.

11. Xüsusi avtonəqliyyatla təmin olunma hüququ olduğu hallarda TSEK müayinə aktından çıxarışı 5 gün ərzində müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə göndəriş Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və onlara bərabər tutulanların müayinə aktından çıxarışının ikinci nüsxəsi əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərilir.[4]

12. Xüsusi avtonəqliyyat almağa tibbi göstərişi olan əlillər avtomobili idarə etməyə əks göstərişi olmadıqda və əlilin sürücülük vəsiqəsi yoxdursa, TSEK tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə arayış və 3 ədəd fotoşəkil göndərilir.

13. Əl ilə idarə olunan avtomobilin modifikasiyası müvafiq siyahıya uyğun olaraq TSEK tərəfindən müəyyən edilir.

14. Müayinə əsasında TSEK əl ilə idarə edilən xüsusi avtonəqliyyat almaq hüququ verən tibbi

göstərişlərin olmaması haqqında və ya onları idarə etmək üçün qeyri-məqbul qərar çıxardıqda

komissiyanın sədri qəbul olunmuş qərarı əlavə izah edir.

Əlil, ilkin TSEK qərarı ilə razılaşmadıqda bir ay ərzində şikayət vermək və Ali TSEK-dan keçmək hüququna malikdir. Bu halda Əhalinin Sosial Müdafiəsi Mərkəzi əlilin tibbi-ekspert sənədlərini 3 gün ərzində Ali TSEK göndərməlidir.

 

III. Əlillərin avtomobil və motorlu arabalarla təmin edilməsi qaydaları

 

15. Motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir:

Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar);

1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə;

Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərə;

II dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara.

16. Əgər pulsuz alınmış avtomobilin istismar prosesində əlil üçün onun idarə olunmasına əks göstəriş aşkar olunarsa, əlillə eyni yaşayış məntəqəsində birgə yaşayan hər hansı bir ailə üzvünə avtomobilin idarəetmə hüququnun verilməsi məsələsinə hər bir konkret halda bu şəxsin avtomobili idarə etməsinə etibarnamənin tərtib olunması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən baxılır.[5]

 

IV. Nəqliyyat vasitələrinin verilməsi və onların qeydiyyata götürülməsinin tərtibi qaydaları

 

17. Nəqliyyat vasitəsi ilə təmin edilməsinə dair tibbi göstərişlərin müəyyən edilməsi haqqında 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə, tibbi-sosial ekspert komissiyaları tərəfindən göndərilən müayinə aktlarından çıxarış əlillərin qeydiyyata götürülməsi üçün əsasdır. Əlillər tibbi-sosial ekspert komissiyasından keçdikləri gündən qeydiyyata götürülürlər və növbələri əsasında nəqliyyat vasitəsi ilə təmin olunurlar.

18. Hər növ nəqliyyat vasitələrilə təmin olunmağa ehtiyacı olan əlillərin qeydiyyatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir və nəqliyyat vasitəsinin növünə görə xüsusi kitabda ayrıca qeydiyyatı aparılır.

19. Əlillərə özləri idarə edəcəyi avtomaşının növbə qaydasında verilməsi üçün (istər pulsuz, istərsə də dəyəri ödənilməklə) avtomaşının alınmasına dair TSEK -nın müayinə aktından çıxarış və sürücülük vəsiqəsinin surəti əsas hesab olunur.

20. Ailə üzvünün idarə etməsi şərti ilə avtomaşının növbə qaydasında verilməsi üçün əsas TSEK -nın müayinə aktından çıxarış, sürücülük vəsiqəsi olan üzvünün əlillə eјni yaşayış məntəqəsində birgə yaşamasına dair arayış, ailə üzvünün sürücülük vəsiqəsinin surətidir.

21. Əlillərə avtomaşın yalnız onlar sağ olduqda verilir. Pulsuz avtomobil və ya motorlu araba almış əlil vəfat etdikdən sonra avtomobil və ya motorlu araba onun ailəsinin mülkiyyətində qalır, əmək və əhalinin sosial müdafiəsi orqanlarının qeјdiyyatından çıxarılır. Avtomobil və ya motorlu arabanın ailə üzvlərindən birinin adına yenidən qeydiyyata götürülməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidmətinin icazəsi ilə əlilin avtonəqliyyatın sahibi kimi qeydiyyatda durduğu dövlət avtomobil müfəttişliyi tərəfindən həyata keçirilir.[6]

Ümumi mülkiyyətdə paya dair mübahisələr ailə üzvlərindən hər hansı birinin iddiası üzrə müəyyən olunmuş qaydada məhkəmə orqanları tərəfindən həll olunur.

22. Ölümündən sonra ailəsinin mülkiyyətində qalmış, əlil tərəfindən pulsuz alınmış avtomobil və ya motorlu arabanın satılması, vəsiyyət edilməsi və s. qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Avtomobil və ya motorlu arabanın satılması üçün əmək və əhalinin sosial müdafiəsi orqanlarının icazəsi tələb olunmur.

23. Avtomobil və ya motorlu arabanı pulsuz almış ailəsi olmayan əlil vəfat etdikdə nəqliyyat vasitəsi əmək və əhalinin sosial müdafiəsi orqanları tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə duran digər əlilə vermək üçün götürülür.

24. Avtomobil və ya motorlu araba almış əlillərin qeydiyyat işləri nəqliyyat vasitəsini vermiş əmək və əhalinin sosial müdafiəsi orqanlarında daimi saxlanılmalıdır. Əlil öldüyü halda onun nəqliyyat işi arxivə verilir və beş il müddətində saxlanılmalıdır.

25. Sənədlərin qəsdən düzgün olmayaraq tərtib edilməsi və avtomobil, yaxud motorlu arabanın qanunsuz verilməsinə təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunur.

26. Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi yaşa görə pensiyanın baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyası verilir. [7]

 

İşlər müdiri   M.ABBASOV

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 19 yanvar 1998-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 50)
  2. 9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 656)
  3. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830)
  4. 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
  5. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 08, maddə 656) ilə "Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il il 5 avqust tarixli 433 nömrəli qərarının 2-ci bəndində "respublika büdcəsindən" sözləri "dövlət büdcəsindən" sözləri ilə əvəz edilmişdir.

 

[2] 19 yanvar 1998-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 50) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın mətnində “həkim-əmək ekspert komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 1-ci hissədə "Bakı şəhər əhalinin sosial müdafiəsi mərkəzi" sözləri, 16-cı, 18-ci hissələrdə "Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi" sözləri "Dövlət Sosial Təminat Xidməti" sözləri ilə əvəz edilmişdir.

 

[4] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 11-ci və 17-ci hissələrdə "Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə" sözləri "Dövlət Sosial Təminat Xidmətinə" sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə 16-cı bəndində “vəkalətnamənin” sözü “etibarnamənin” sözü ilə əvəz edilmişdir.

 

[6] 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449) ilə 21-ci hissədə "Bakı şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin" sözləri "Dövlət Sosial Təminat Xidmətinin" sözləri ilə əvəz edilmişdir.

 

[7] 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 830) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”ın 26-cı bəndində “pensiyanın minimum məbləğində” sözləri “pensiyanın baza hissəsinin 20 faizi məbləğində” sözləri ilə əvəz edilmişdir.

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 465 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 18/12/2014- Azərbaycan Respublikasının “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda “ cəmiyyəti

» 18/12/2014- “Eşitmə və nitq qabiliyyəti zəif olan və ya olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekun hesabatı

» 16/12/2014- "Əlil Sahibkarlar Təşkilatı" ictimai birliyinin təşkilatçılığı ilə tədbir

» 15/12/2014- Azərbaycan əlilliyin qiymətləndirilməsi meyarlarını beynəlxalq standartlar əsasında təkmilləşdirir

» 5/12/2014- Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Əlil Təşkilatları İttifaqının BƏYANATI

» 5/12/2014- Təlim-seminarı uğurla başa vuran QHT sədrinə sertifakt təqdim olunmuşdur

» 1/12/2014- Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü

» 21/11/2014- Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi

» 20/11/2014- 20 noyabr Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür.

» 14/11/2014- "Sağlam qida səhər yeməyindən başlayır"

» 14/11/2014- “Bir cəbhədə mübarizə aparacağıq”

» 13/11/2014- 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür.

» 13/11/2014- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi davam edir.

» 28/10/2014- “Sən tək deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyi “Ailə ocağının istisi” adlı layihə həyata keçirib.

» 22/10/2014- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib

» 20/10/2014- “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans

» 10/10/2014- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

» 29/9/2014- Qazax rayonunda Azərbaycan Respublikası “Əlil “Qadınlar”cəmiyyətinin dəstəyi ilə Günərzi Qayğı Mərkəzi fəaliyyətini davam etdirir.

» 29/9/2014- İnkluziv təhsil sahəsində Avropa təcrübəsi

» 26/9/2014- "Hamı üçün bərabər imkanlar - Müyəssərlik"