10 Avqust 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il


"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı" təsdiq edilsin (1 nömrəli əlavə).

  1. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
  2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları, inyeksiya və digər özünənəzarət vasitələri ilə təminatı ilə əlaqədar tələb olunan xərclər barədə dəqiq hesablamaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2006-cı ilin dövlət büdcəsinin layihəsinin tətbiqi zamanı müvafiq vasitələrin nəzərdə tutulmasını təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 may 2005-ci il

                № 87

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın

(o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin

və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin

 

SİYAHISI VƏ MİQDARI

 

İllik tibbi yardım

Şəkərli diabet tip 1

Şəkərli diabet tip 2 insulinə ehtiyacı olmayanlar

Şəkərli diabet tip 2 insulinə ehtiyacı olanlar

1

2

3

4

KONSULTASİYALAR *

Endokrinoloq

ayda 1 dəfə

2 ayda 1 dəfə

ayda 1 dəfə

Okulist

ildə 2 dəfə

ildə 2 dəfə

ildə 2 dəfə

Nevropatoloq

ildə 2 dəfə

ildə 2 dəfə

ildə 2 dəfə

Kardioloq

ildə 1 dəfə

ildə 1 dəfə

ildə 1 dəfə

ÖZÜNƏNƏZARƏT KURSU

Birinci kurs

1 dəfə

1 dəfə

1 dəfə

Təkrar kurslar

ehtiyac olanda 1-2 ildən bir

ehtiyac olanda 1-2 ildən bir

ehtiyac olanda 1-2 ildən bir

LABORATOR VƏ İNSTRUMENTAL MÜAYİNƏLƏR

Qanda şəkərin təyini

ayda 1 dəfə

3 ayda 1 dəfə

ayda 1 dəfə

Sidikdə asetonun təyini

ayda 1 dəfə

dekompensasiya

vəziyyətində

dekompensasiya

vəziyyətində

Sidikdə şəkərin təyini

özünənəzarət çərçivəsində sutkalıq

qlikemik profili

yoxlamağa imkan

olmadıqda

özünənəzarət çərçivəsində sutkalıq

qlikemik profili

yoxlamağa imkan

olmadıqda

özünənəzarət çərçivəsində sutkalıq

qlikemik profili

yoxlamağa imkan

olmadıqda

Qlikohemoqlobinin

təyini (HbALc)

ildə 4 dəfə

ildə 4 dəfə

ildə 4 dəfə

Qanda lipidlərin təyini

ildə 1 dəfə**

ildə 1 dəfə**

ildə 1 dəfə**

Qanda qaraciyər

Sınaqlarının təyini

ildə 1 dəfə**

ildə 1 dəfə**

ildə 1 dəfə**

Qanda böyrək

Sınaqlarının təyini

ildə 1 dəfə***

ildə 1 dəfə***

ildə 1 dəfə***

Mikroalbuminuriyanın

təyini

makroproteinuriya

olmadığı halda

makroproteinuriya

olmadığı halda

makroproteinuriya

olmadığı halda

EKQ

ildə 1 dəfə

ildə 1 dəfə**

ildə 1 dəfə

ildə 1 dəfə**

ildə 1 dəfə

ildə 1 dəfə**

İNSULİN VƏ DİGƏR ŞƏKƏRSALICI DƏRMAN PREPARATLARI,

İNYEKSİYA VASİTƏLƏRİ, ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ

İnsulin (50% qısa və

50% uzun müddət

təsir edən)

illik 14400 vahid

tələb olunmur

illik 14400 vahid

Şəkərsalıcı həblər:

Sulfanilamidlər 70%

 

Biquanidlər 20%

Tiozolidindionlar 2%

Qeyri sulfanilamid

sekretoqoqlar 2%

a-qlükozidazanın

ingibitorları 1%

kombinəolunmuş

preparatlar 5%

Birdəfəlik insulin şprisi

və ya insulin şpris-

qələmləri üçün ucluq

 

tələb olunmur

 

 

 

 

 

 

 

 

 

gündə 2 ədəd hər 5

gündən bir olmaqla,

illik 144 ədəd

 

     gündə 2 həb hesabı

ilə ildə 720 həb

 

 

 

 

 

 

 

 

tələb olunmur

 

gündə 2 həb hesabı

ilə ildə 720 həb

 

 

 

 

 

 

 

 

gündə 2 ədəd hər 5

gündən bir olmaqla,

illik 144 ədəd

ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ

Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)

ayda 1 qutu

2 aya bir qutu

ayda 1 qutu

Sidikdə şəkəri təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)

3 aya 1 qutu

3 aya 1 qutu

3 aya 1 qutu

Sidikdə asetonu təyin etmək üçün vizual test-çubuqlar (1 qutuda 50 ədəd)

3 aya 1 qutu

tələb olunmur

ildə 1 qutu

                 

 

* Normativlər ağır fəsadları olmayan xəstələr üçün nəzərdə tutulub. Ağır fəsadları olan xəstələrə mütəxəssislərin baxışı ildə 4 dəfə keçirilməlidir. Böyrək çatışmazlığı zamanı nefroloqun, irinli yaralar zamanı cərrahın baxışı keçirilməlidir.

** Fəsadlar və müalicə zamanı ildə 4 dəfədən az olmayaraq.

*** Böyrək çatışmazlığında - ehtiyac olduqda.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və

digər şəkərsalıcı dərman preparatları, inyeksiya və

özünənəzarət vasitələri ilə təminatı

QAYDASI

  1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin endokrinoloji kabinetində və ya endokrinolqji dispanserində qeydiyyata alınırlar.
  2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər insulin və digər şəkərsalıcı dərman preparatlarını, inyeksiya və özünənəzarət vasitələrini almaq üçün onlara qeydiyyatda olduqları müalicə-profılaktika müəssisəsi (endokrinoloji dispanser və ya ərazi poliklinikası) tərəfindən 2 nüsxədən ibarət resept yazılır.
  3. Pulsuz dərman Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.
  4. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza 30 günlük müalicə kursundan artıq olmamalıdır.
  1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı resept əsasında müalicə-profilaktika müəssisəsinin (endokrinoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə həyata keçirilir.
  2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları insulin və digər şəkərsalıcı dərman preparatlarının, inyeksiya və özünənəzarət vasitələrinin dəyəri vətəndaşın yaşadığı ərazi üzrə səhiyyə orqanının büdcə vəsaiti hesabına ödənilir.

 

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2585 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 5/8/2020- “VCT dayanıqlıq indeksi - 2019”

» 30/7/2020- İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

» 24/7/2020- "Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir

» 21/7/2020- ZOOM/ SI&C

» 21/7/2020- DIPLOMATIYAMIZIN NÖVBƏTI BÖYÜK UĞURU

» 21/7/2020- İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

» 21/7/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.