09 Dekabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il


 

QEYDƏ ALINMIŞDIR

AZƏRBAYCAN RESPUBLİKASI

ƏDLİYYƏ NAZİRLİYİ 

Qeyd № 1

23.05.1996-cı il

Nazir əvəzi: ________ S.C.Həsənova   

TƏSDİQ EDİRƏM

AZƏRBAYCAN RESPUBLİKASI

SƏHİYYƏ NAZİRİ

___________

15.05.1996-cı il

Nazir ____________Ə.İNSANOV

 

 

                                              

 

SƏHİYYƏ NAZİRLİYİ  “MƏHKƏMƏ -TİBBİ EKSPERTİZA VƏ PATALOJİ ANATOMİYA” ELMİ-TƏCRÜBİ VƏ TƏDRİS BİRLİYİNDƏ MƏHKƏMƏ PSİXİATRİK VƏ MƏHKƏMƏ NARKOLOJİ XİDMƏTLƏRİ HAQQINDA

 

 

 

 

Ə S A S N A M Ə

 

 

 

 

 

 

 

 

 

BAKI – 1996

 

 

 

 

 


“RAZILAŞDIRILMIŞDIR”

 

Azərbaycan Respublikası

Baş Prokuroru

___________E.Həsənov

15.05.1996-cı il

Azərbaycan Respublikası

Ədliyyə Naziri əvəzi

___________S.Həsənova

15.05.1996-cı il

Azərbaycan Respublikası

Daxili İşlər Naziri

____________ R.Usubov

___________1996-cı il

Azərbaycan Respublikası

Milli Təhlükəsizlik Naziri

_________N.Abbasov

01.05.1996-cı il

Azərbaycan Respublikası

Ali Məhkəmənin sədri

____________X.Hacıyev

____________1996-cı il

 

 

 

 

 

 

 

 


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

 

 

 

SƏHİYYƏ NAZİRLİYİ “MƏHKƏMƏ-TİBBİ EKSPERTİZA VƏ PATOLOJİ ANATOMİYA” ELMİ-TƏCRÜBİ VƏ TƏDRİS BİRLİYİNDƏ MƏHKƏMƏ PSİXİATRİK  VƏ MƏHKƏMƏ NARKOLOJİ XİDMƏTLƏRİ HAQQINDA

 

 

Ə S A S N A M Ə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI-1996

 

 


Səhiyyə Nazirliyi "Məhkəmə

Tibbi Ekspertiza və Patoloji

Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində

Məhkəmə Narkoloji xidmətləri haqqında

 

ƏSASNAMƏ

 

  1.  Məhkəmə Psixiatrik və məhkəmə narkoloji ekspertizalar ədalət mühakiməsinin məqsəd və vəzifələrinə xidmət edir. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar məhkəmə-tibbi ekspertizaların digər növləri kimi Azərbaycan Respublikasının cinayət, cinayət prosessual, mülki, mülki-prosessual, səhiyyə qanunvericililərinə, Səhiyyə Nazirliyinin əmr və başqa normativ aktlarına müvafiq surətdə icra olunur.
  2. Məhkəmə-psixiatrik və məhkəmə narkoloji ekspertizalar təhqiqat aparan şəxsin-müstəntiqin, prokurorun, məhkəmənin qərar və qərardadları əsasında aparılır.
  3. "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Məhkəmə Psixiatrik və Məhkəmə Narkoloji xidmətləri hüquq mühafizə orqanlarının qərarlarına əsasən müvafiq ekspertizaların keçirilməsi ilə yanaşı, eyni zamanda əhaliyə müalicə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasında və profilaktik tədbirlərin keçirilməsində səhiyyə orqanlarına metodik köməklik göstərir.
  4.  Şübhə edilən şəxsin və ya müttəhimin anlaqlılığı və ya öz hərəkətlərinə cavab verə bilməsi barədə şübhə yarandıqda onların psixi vəziyyətini, həmçinin şəxsin alkoqol, narkotik maddə qəbul edib-etməməsi, yaxud alkaqoliq və yaxud da narkoman olub-olmadığını, şahidin və ya zərərçəkmiş əxsin iş üçün əhəmiyyəti olan halları düzgün qavramaq və onlar haqqında düzgün ifadə vermək qabiliyyətinə şübhə yarandığı hallarda, onların psixi və sair vəziyyətlərini, məcburi müalicəyə cəlb olunanların tam sağalmalarını müəyyən etmək üçün istintaq orqanları tərəfindən təyin edilmiş məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar aparılır.
  5. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar psixiatriya və narkologiya ixtisaslarına uyğun olaraq ixtisaslaşmış həkimlər-məhkəmə-tibb ekspertləri tərəfindən aparılır.
  6. Respublikada Məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətlərin təşkili Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Məhkəmə psixiatrik və məhkəmə narkoloji şöbələri tərəfindən təmin edilir.
  7. Ambulator məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin əsas binasında, Gəncə şöbəsində, Naxçıvan Muxtar Respublikası "Mahkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində, stasionar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar 1 saylı Respublika Ruhi Xəstəxanasının nəzdində ayrılmış və Birliyin tabeçiliyində olan xüsusi şöbədə təşkil edilir.
  8. Narkotik maddələrin, alkoqolun qəbulu və sərxoşluğun dərəcələrinin təyini ekspertizaları Birliyin müvafiq xidmət sahələri üzrə rayon, rayonlararası bölmə mərkəzlərində və şəhər şöbələrində təşkil edilir.

9. Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru respublikada məhkəmə psixiatrik və məhkəmə narkoloji xidmətlərinə inzibati təsərrüfat, praktiki və təşkilati metodik cəhətdən rəhbərlik edir. O, Məhkəmə-psixiatrik və Məhkəmə narkoloji xidmətlərin təşkilat-metodik və maliyyə işlərinə cavabdehdir.

  1.  Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin (bölmələrin) rəhbərləri, o cümlədən şöbələrdə fəaliyyət göstərən həkim, orta və kiçik tibb işçiləri inzibati, təsərrüfat, praktik və təşkilati-metodik cəhətdən Birliyin Baş direktoruna tabedir.
  2.  Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələrin rəhbərləri Səhiyyə Nazirliyinin əmr və təlimatlarını, şöbələr haqqında əsasnaməni, məhkəmə psixiatrik, Məhkəmə narkoloji işlərini nizamlayan normativ göstəriş, qayda və təlimatları, Birliyin əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərdikləri ərazidə müvafiq xidmətləri təşkil edir.
  3. İlkin, əlavə və təkrar məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların keçirilməsi mövcud qanunvericiliklərdəki qaydalarda "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin və hər iki xidmət sahələrinin əsasnamələri ilə nizamlanılır.
  4. İlkin və təkrar məhkəmə-psixiatrik və məhkəmə narkoloji ekspertizaların icrasına məsləhətçilərin cəlb olunması, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru tərəfindən ekspertizaların aparılması zamanı təyin edilmiş mütəxəssislərin siyahısına uyğun olaraq aparılır.
  5. Təhqiqat, istintaq orqanları və məhkəmə tərəfindən təyin olunan bütün əlavə Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar, ilkin komissiya tərkibində aparılır və hər bir halda ekspertizanın təyini haqda xüsusi qərar və ya qərardad çıxarılır.

15. İlkin məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların nəticələrinin obyektivliyindən, yaxud da tamlığından təhqiqat, istintaq, məhkəmə orqanlarında narazılıqlar yaranarsa, təhqiqat, istintaq orqanlarının qərarı və ya məhkəmənin qərardadına əsasən "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyində ekspert komissiyası tərəfindən təkrar ekspertizalar aparılır.

16. Komissiyanın üzvü üç nəfərdən az olmayaraq təşkil edilir. Komissiyanın üzvləri kimi yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan və baxılan işlə əlaqədar ilkin ekspertizalarda iştirak etməyən psixiatr və narkoloq mütəxəssislər cəlb edilməlidir.

17.  Təkrar məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaları Birliyin Baş direktorunun müvafiq sahə üzrə müavininin sədrliyi ilə icra edilir.

  1. Məhkəmə psixiatrik və Məhkəmə narkoloji ekspertizaların icrası zamanı mütəxəssislər onlara məlum olan istintaq və Məhkəmə sirrini açmaq səlahiyyətinə malik deyillər. Belə hallarda onlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

19. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizaların icrası zamanı aparılan işlərə dair arayış yalnız təhqiqat, istintaq və ya məhkəmə orqanları tərəfindən verilə bilər.

20. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar icra üçün müvafiq şöbələrə Birliyin dəftərxanasından Baş direktorun və ya onun müvafiq sahə üzrə müavininin göstərişi əsasında göndərilir. İcra edilmiş ekspertizaların nəticələri haqqında rəy istintaq orqanlarına Birliyin dəftərxanasından rəhbərliyin müşayətedici məktubu ilə göndərilir.

  1. Birliyə daxil olan bütün işlər Birliyin dəftərxanasından qeydiyyatdan keçdikdən sonra şöbənin xüsusi jurnalında aşağıdakılar qeyd edilməlidir:

a)      sıra nömrəsi;

b)     daxil olma tarixi;

v)     müşayətedici məktubun göndərilmə tarixi və nömrəsi;

q)     işi göndərən idarənin adı;

d)   zərərçəkənin və ya müqəssirin adı, atasının adı, soyadı, yaşı göstərilməklə işin qısa məzmunu;

j)    məruzəçinin soyadı, işin ona verilmə və ondan bütün sənədlərin alınma tarixi;

z)     komissiyanın tərkibi;

i)     ekspertizanın nəticəsinin qısa şərhi;

k)   rəyin nömrəsi;

l)     işi müşayətedici məktubla təhvil alan şəxsin imzası və təhvil verilmə tarixi (dəftərxana, istintaq və məhkəmə işçiləri).

22.  Şöbənin qeydiyyat jurnalı nömrələnməli, tikilməli və birliyin möhürü ilə möhürlənib Baş direktor tərəfindən imza olunmalıdır.

23. Ekspertizaya daxil olan iş sənədləri odadavamlı seyfdə və bağlanan rəfdə (stolda) saxlanılmalıdır. İşlə tanış olmaq və "işin gedişi" hissəsinin şərhi yalnız Birliyin binasında aparılmalıdır.

  1. Komissiya şəklində aparılan təkrar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalar "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin möhürü ilə təsdiqlənir.
  2. Məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalara dair rəy və iş sənədləri tamamlandıqdan sonra müşayətedici məktubla ekspertizanı təyin edən orqanlara göndərilir. Rəylərin surəti qərar və digər sənədlərlə birlikdə müəyyən edilmiş qaydada Birliyin arxivində saxlanılır.
  3. Birlikdə aparılan komissiya şəklində təkrar məhkəmə psixiatrik və məhkəmə narkoloji ekspertizalarının nəticələrinin obyektivliyindən, yaxud da tamlığından təhqiqat, istintaq, məhkəmə orqanlarında və proses iştirakçılarında narazılıqlar yaranan halda ekspertiza bilavasitə Səhiyyə Nazirliyinin nəzdində sərbəst fəaliyyət göstərən Səhiyyə Nazirliyinin baş məhkəmə-tibb ekspertinin rəhbərliyi ilə müvafiq xidmət sahəsi üzrə aparıcı mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən III instansiyada aparılır. III instansiyada aparılan ekspertizalar, ekspertizalar aparılmasının axırıncı mərhələsidir.
  4. Məhkəmə psixiatrik və Məhkəmə narkoloji şöbələr (bölmələr) mövcud qaydaya uyğun struktur və ştat cədvəllərinə malikdirlər ki, onlar da müvafiq olaraq "Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin Baş direktoru tərəfindən təsdiq edilir.

28.  Zərurət yarandıqda əsasnamədə mövcud qanunvericiliyə zidd olmayan bəzi dəyişiklik və əlavələr edilə bilər.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2012 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

» 3/12/2019- “Əlilliyi olan şəxslərin iştirakının və onların liderliyinin təşviq edilməsi: 2030 Davamlı İnkişaf Gündəliyi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi”

» 2/12/2019- Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

» 2/12/2019- Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 2/12/2019- Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

» 30/11/2019- Prezident Administrasiyasında QHT ilə iş və kommunikasiya şöbəsi yaradılıb

» 30/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı

» 29/11/2019- Pensiya məsələləri ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən əsassız ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabı

» 29/11/2019- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

» 28/11/2019- “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün surdotərcümə versiyası

» 22/11/2019- Əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 22/11/2019- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi

» 20/11/2019- Şura 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir

» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu