28 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
02/03/2012 Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir


   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə paytaxtda və ətraf yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli mərkəzlər inşa edilməkdə, habelə sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işləri aparılmaqdadır.

Martın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusunun, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisi işləri ilə yaxından tanış olmaq üçün həmin ərazilərdə olub.

Elnur Kələntərov həmçinin Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Aparılan tikinti işlərinin gedişatından razı qaldığını bildirən Elnur Kələntərov, bununla yanaşı, əlilliyi olan şəxslər üçün sosial-məişət şəraitinin qurulması zamanı həmin insanların bu binalarda çətinlik çəkmədən, maneəsiz hərəkət imkanlarına malik olmasının vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə əlil insanlarla bağlı mütərəqqi beynəlxalq təcrübədən irəli gələn tikinti standartlarına əməl olunmasını tapşırıb.

Elnur Kələntərov eyni zamanda inşa işlərində yeni mərkəzlərin fəaliyyət profilinin ciddi şəkildə diqqətdə saxlanılması, tikinti, təmir və yenidənqurma işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi, bu işlərdə daha keyfiyyətli inşaat materiallarından istifadə olunması, obyektlərin ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin yüksək səviyyədə aparılması və s. barədə müvafiq tapşırıqlarını verib.

KV-ə müsahibəsində Elnur Kələntərov bildirib ki, Zabrat qəsəbəsində inşa edilən Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin sosial-iqtisadi həyata fəal inteqrasiyasına, onların gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnməsinə, özünüməşğulluq imkanlarının artırılmasına, eləcə də əlil problemləri barədə məlumatlandırma işinin müasir üsullarla aparılmasına dəstək verilməsi məqsədinə xidmət edəcək.

Qeyd olunub ki, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın yaradılmasında məqsəd bu və ya digər səbəblərdən (itmiş, atılmış, evdən qaçmış, valideyn himayəsindən məhrum olmuş, uşaq müəssisələrini icazəsiz tərk etmiş və s.) baxımsızlıq vəziyyətinə düşmüş, yaşayış yeri və yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmamış uşaqların müvəqqəti sığınacaqla təmin edilərək sosial statusunun bərpa olunmasıdır.

Eyni zamanda, müvafiq hallarda onların ailələrinə qovuşmasına yardım edilməsi, belə uşaqlara və valideynlərinə, yaxud qanuni nümayəndələrinə çətin həyat şəraitinin aradan qaldırılmasında sosial, psixoloji və s. köməkliklərin göstərilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə ölkənin daha 10 bölgəsində belə mərkəzlər yaradılacaq. Paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa edilən 12 mərtəbəli 132 mənzilli yaşayış evinin istifadəyə verilməsi isə hazırda Bakı şəhərində mənzil növbəsində dayanan 240 nəfər gözdən əlilin artıq böyük qisminin mənzillə təminatına səbəb olacaq.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatı ilk vaxtlarda 100 çarpayılıq olub, sonralar balkonların rekonstruksiyası hesabına 150 çarpayılıqadək genişləndirilib və hazırda pansionatda 187 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır. Mövcud tələbat nəzərə alınmaqla, bu sosial xidmət müəssisəsi üçün ikinci korpusun tikintisi qərara alınıb.

Ramana Gənc Əlillərin Əmək və İstirahət Evi əsasən dayaq-hərəkət sistemi sıradan çıxmış əlillərin sosial reabilitasiyası üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisənin əlillərin peşə hazırlığı və reabilitasiyası üzrə ixtisaslaşdırılaraq 15 nəfərə xidmət göstərməsi, il ərzində burada 1000 nəfərdən çox əlilin müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması planlaşdırılır.  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3407 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 27/9/2020- Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

» 27/9/2020- Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ

» 27/9/2020- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

» 27/9/2020- Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü

» 25/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 24/9/2020- Online discussion on the Web Accessibility Directive starts

» 23/9/2020- "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"

» 23/9/2020- Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi