13 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
QAYDALAR


                               
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları

I. Ümumi  müddəalar

            1.1. Bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir.
   1.2. Qaydalarda Qanunun məqsədləri üçün  müəyyən  edilən əsas anlayışlardan istifadə olunur.
   1.3. Qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının üç növü vardır:
          -   yaşa görə əmək pensiyası;
          -   əlilliyə görə əmək pensiyası;
          -   ailə başçısını itirməyə  görə əmək pensiyası.
Yaşa görə əmək pensiyaları və əlilliyə görə əmək pensiyaları aşağıdakı  hissələrdən  ibarətdir:
             -   baza hissəsi;
             -   sığorta hissəsi;
             -   yığım hissəsi.
Ailə başçısını itirməyə görə əmək pensiyaları isə iki  hissədən ibarətdir:
           -   baza hissəsi;
           -   sığorta hissəsi.


II.Əmək pensiyalarının təyin edilməsi

A) Yaşa görə əmək pensiyası

2.1. Yaşa görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.
2.1.1. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.2. Qaydaların 2.1.1-ci bəndində  nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
Misal 1. 13 yanvar 1948-ci il tarixdə anadan olmuş, 27 il sığorta stajı və 13 yanvar 2010-cu il tarixdə 62 yaşı tamam olan  sığortaolunan  kişinin həmin tarixdən altı ay sonra, yəni 13 iyul 2010-cu il tarixdə  yaşa görə əmək pensiyası hüququ yaranır.
2.1.3. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Misal 2. 18 fevral 1959-cu il tarixdə anadan olmuş  altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının  51 il altı ay yaş həddinin tamam olduğu  18 avqust 2010-cu il tarixdən  (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi  6 il,  yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.4. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Misal 3. 21 mart  1958-ci il tarixdə anadan olmuş  sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının  52 il altı ay yaş həddinin tamam olduğu  21 sentyabr 2010 –cu il tarixdən  (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi  5 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.5. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.6. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin  Qanunun 9.1- 9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
2.1.7. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
    2.1.8. Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
            Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və  göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və  ağır olan işlərdə çalışanlara yaşa  görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında  müəyyən edilir.
              Misal 4. 14 aprel 1956-cı il tarixdə anadan olmuş kişi 2004-cü il tarixədək işləyərək 21 il ümumi sığorta stajı qazanmışdır. O, 10 il 3 ay Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləmişdir. Sığortaolunanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan  20 il ümumi  sığorta stajı olduğundan və bundan 10 ili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli «Siyahı»nın III Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin  1030200a-17627 yarımbəndində nəzərdə tutulduğundan, ona əvvəllər qüvvədə olmuş müvafiq qanunvericiliklə müəyyən edilmiş 52  yaş həddinə çatdığı 14 aprel 2008-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-ci maddələrinə əsasən müraciəti əsasında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən Qanunun müvafiq maddələri ilə müəyyən olunan  qaydada və məbləğlərdə  əmək pensiyası təyin edilir.
         Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək  qazanmış olsunlar.
Misal 5. 27 mart 2009-cu il tarixdə  54 yaşlı  kişi 20 il ümumi sığorta stajının tamam olduğu və bu müddətin 13 il 8 ayını Bibiheybət neft və qaz çıxarma idarəsində  dəniz şəraitində buruqlara xidmət üzrə çilingər peşəsində işlədiyi nəzərə alınmaqla Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) rayon şöbəsinə müraciət etmişdir.
    Sığortaolunanın 13 il 8 ay dəniz şəraitində işlədiyi buruqlara xidmət üzrə çilingər  peşəsinin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq  edilmiş 1 nömrəli «Siyahı»nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı  bölməsinin 1-ci bəndinin 1100000a-18497 yarımbəndində nəzərdə tutulmasına və tələb olunan xüsusi sığorta stajına malik olmasına baxmayaraq, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 20 il ümumi  sığorta stajını «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən sonra, 27 mart 2009-cu il tarixdə qazandığı üçün onun bu Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş (sosial sığorta) stajı yoxdur.
2.2. Yaşa görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.
2.2.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan   Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
2.2.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
       SH = PSK/T, burada:
        SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
       PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək  pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
         T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

       2.2.3. Qanunun 27–ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
       Misal 6. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan  pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
       (30 il tam iş stajı  x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.
          2.2.4. Qanunun 29.2-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun  indeksləşdirilir.
         Misal 7. 6-cı misal üzrə sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5213,33 manat pensiya kapitalı 01.01.2010-cu il tarixə indeksləşdirilərək 8078,82 manat (5213,33 manat + 432,71 manat ( 5213,33 manat x 8,3% istehlak qiymətləri indeksinin 2006-ci il üzrə illik səviyyəsi) + 942,89 manat (5646,04 manat x 16,7% istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi) +1370,50 manat (6588,93 manat x  20,8% istehlak qiymətləri indeksinin 2008-ci il  üzrə illik səviyyəsi ) + 119,39 manat (7959,43  manat x 1,5% istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi )  məbləğində müəyyənləşdirilir.   
           Misal 8. 13 iyul 2010-cu il tarixdə 62 il 6 ay yaş həddi, 35 il  2 ay (bundan 30 il 8 ayı 01.01.2006-cı il tarixədək, 4 il 6 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 12578,82 manat (bundan 8078,82 manatı 01.01.2006-cı il tarixədək,  4500 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydaların 2.2.2-ci bəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq  12578,82/144 = 87,35 manat məbləğində hesablanır.
            2.2.5. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P=BH+SH+YH, burada:
P- yaşa görə əmək pensiyasıdır;
BH- yaşa görə əmək pensiyasının baza hissəsidir;
SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
YH- yaşa görə əmək pensiyasının yığım hissəsidir.

  Misal 9. Yuxarıdakı 8-ci misal üzrə yaşa görə əmək pensiyasının məbləği P=BH+SH+YH düsturuna müvafiq olaraq 75 manat (əmək pensiyasının baza hissəsi) + 87,35 manat (əmək pensiyasının sığorta hissəsi) + «0» (əmək pensiyasının yığım hissəsi) = 162,35  manat məbləğində hesablanır.
   2.2.6. 01.01.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin  həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş şərtlər tətbiq edilir.
           Misal 10. 14 sentyabr 2009-cu il tarixdə 51 yaşı, 8 il 11 ay sosial sığorta stajı olan və üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın  yaşa görə əmək pensiyası təyin edilməsi üçün 18 mart 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir.      
    Həmin sığortaolunanın bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi və 12 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə  yaşa görə əmək pensiyası hüququ yaranmır.        
           Misal 11. 18 oktyabr  2009-cu il tarixdə  62  yaşı,  14 il 9 ay (bundan 11 ili 01.01.2006-cı il tarixədək, 3 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək ) sosial sığorta stajı olan kişi  yaşa görə əmək pensiyası təyin edilməsi üçün 19 aprel 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 1980 manat  pensiya kapitalı vardır.
            Bu halda  Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərinə əsasən həmin sığortaolunanın 62 il 6 ay yaş həddinin tamam olduğu 18 aprel 2010-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qaydaların 2.2.3-cü bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 11 il  ümumi iş stajı olan  sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 1870 manat (11 il tam iş stajı  x 170 manat ) pensiya kapitalı yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 aprel 2010-cu il tarixə indeksləşdirilərək 2897,84 manat müəyyənləşdirilir və  Qaydaların  2.2.2-ci bəndinə uyğun olaraq  yaşa görə əmək pensiyası 108,87  manat məbələğində  aşağıdakı qaydada hesablanır.
         75 manat əmək pensiyasının baza hissəsi + 33,87 manat (2897,84 manat 01.01.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı + 1980 manat 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı) = 4877,84 /144 )
          
B) Əlilliyə görə əmək pensiyası

2.3. Əlilliyə görə əmək pensiyaları Qanunla  müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.
2.3.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
       Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.
       Misal 12. 43 yaşlı sığortaolunan şəxsə 21 fevral 2010-cu il tarixdə 2-ci qrup əlillik müəyyən olunmuş və onun  14 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci  bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 43 yaşlı sığortaolunanın tələb olunan 9 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28)  x 4 ay = 112 ay = 9 il 4 ay) sığorta stajı  olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır.
       Misal 13. 59 yaşlı sığortaolunan şəxsə 13 yanvar 2010-cu il tarixdə 3-cü qrup əlillik müəyyən olunmuş və onun 11 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 14 il 8 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla tələb edilən 14 il 8 ay (59 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 44)  x 4 ay = 176 ay= 14 il 8 ay) sığorta stajı olmadığı üçün onun əlilliyə görə əmək pensiyası hüququ yoxdur.
2.4. Əlilliyə görə əmək pensiyası  Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğlərdə təyin edilir.
             2.4.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və bu sıradan olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.                         2.4.2. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.
   Misal 14. 43 yaşlı sığortaolunanın  sığorta davamiyyəti əmsalı (K) həmin yaşda olan şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 112 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28)  x 4 ay = 112 ay)  sığorta stajının 184-ə olan nisbəti şəklində  müəyyənləşdirilir.   K - sığorta davamiyyəti əmsalı = 112 pensiya təyin edilməsi üçün tələb edilən sığorta stajı                     aylarının sayı /184= 0,6087.
          2.4.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:
          SH=PSK/(TxK), burada:
          SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
          PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);
          T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
          K - sığorta davamiyyəti əmsalıdır.

Misal 15.  Тibbi - Sosial ekspert Komissiyasının müayinə aktına əsasən 21 yanvar 2010-cu il tarixdən 2-ci qrup əlil hesab edilən  14 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5680 manat  pensiya kapitalı toplanmış 43 yaşlı sığortaolunan şəxsin 2-ci qrup əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH=PSK/(TxK) düsturuna müvafiq olaraq  aşağıdakı qaydada hesablanır. SH=PSK/(TxK) = 5680 manat fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı  / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı  x  0,6087 sığorta davamiyyəti əmsalı) = 64,80 manat əlilliyə görə əmək pensiyasının sığorta hissəsi.
2.4.4. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:
P = BH+SH+YH, burada:
P – əlilliyə görə əmək pensiyasıdır;
        BH – əlilliyə görə əmək pensiyasının baza hissəsidir;
SH – əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
       YH –  əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.

Misal 16. Qaydaların 2.4.1 və 2.4.3–cü bəndləri nəzərə alınmaqla 15-ci misalda göstərilmiş 43 yaşlı sığortaolunanın 2-ci qrup əlilliyə görə əmək pensiyasının məbləği P=BH+SH+YH düsturuna müvafiq olaraq 75 manat      (yaşa görə əmək pensiyasının baza hissəsinin 100 %-i) + 64,80 manat (əlilliyə görə əmək pensiyasının sığorta hissəsi) + «0» (əlilliyə görə əmək pensiyasının yığım hissəsi) = 139,80  manat məbləğində hesablanır.
2.4.5. 01.01.2010-cu il tarixədək əlil olan, lakin həmin tarixdən sonra əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.3.1-ci bəndi ilə müəyyən edilmiş şərtlər tətbiq edilir.
        Misal 17. 21 yanvar 1988-ci il tarixdə anadan olmuş 22 yaşı və 3 il 2 ay sosial sığorta stajı olan sığortaolunana 25 oktyabr 2009-cu il tarixdə 2-ci qrup əlillik müəyyən olunmuş və o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 12 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir.  Həmin sığortaolunanın  bu Qaydaların 2.3.1-ci bəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 5 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə əlilliyə görə əmək pensiyası hüququ yaranmır.
         
C) Ailə başçısını itirməyə görə əmək pensiyası

           2.5. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alan) Qanunun 14-cü  maddəsində göstərilən ailə üzvlərinin aşağıdakı şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
2.5.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 2.3.1-ci bəndi ilə müəyyənləşdirilmiş sığorta stajı olduqda  təyin edilir.
Misal 18. 16 yanvar 2010-cu il tarixdə  vəfat etmiş 43 yaşlı sığortaolunan şəxsin 14 il  sığorta stajı vardır. Bu Qaydaların 2.3.1-ci bəndinə əsasən əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın tələb edilən 9 il 4 aydan        (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş - 15 yaş = 28)  x 4 ay = 112 ay= 9 il 4 ay) çox sığorta stajı olduğuna görə vəfat etmiş şəxsin Qanunun 14-cü maddəsində nəzərdə tutulan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
  Misal 19. 21 fevral 2010-cu il tarixdə vəfat etmiş 59 yaşlı sığortaolunan şəxsin 11 il  sığorta stajı vardır. Həmin sığortaolunanın bu Qaydaların 2.3.1-ci bəndinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb edilən 14 il 8 aydan az (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (59 yaş -15 yaş = 44)  x 4 ay = 176 ay = 14 il 8 ay) sığorta stajı olduğu üçün vəfat etmiş şəxsin Qanunun 14-cü maddəsində nəzərdə tutulan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.
2.6. Ailə başçısını itirməyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.
         2.6.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
          Misal 20. Vəfat etmiş şəxsin öhdəsində olan 23 fevral 1992-ci il tarixdə və 18 oktyabr 1998-ci il tarixdə anadan olmuş iki nəfər əmək qabiliyyətsiz ailə üzvünə birlikdə 75 manat baza hissəsi (ailə üzvlərinin hər biri üçün  yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (75 manat x 50% x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) və sığorta göstəricilərinə əsasən müəyyən edilmiş  53 manat sığorta hissəsi (əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 26,5 manat x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) olmaqla 128 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyaçılarının sayı 2 nəfər təşkil edir.
          Ailə üzvlərindən birinin 23 fevral 2010-cu il tarixdə 18 yaşı tamam olduğu və təhsil müəsissəsində əyani təhsil almadığı üçün ona təyin olunmuş 64 manat əmək pensiyası 18 yaşının tamam olduğu aydan sonrakı  növbəti  ayın 1- dən dayandırılır.
          Digər əmək qabiliyyəti olmayan bir nəfər  ailə üzvünə Qanunun 18.1-ci maddəsinə əsasən 75 manat baza hissəsi (bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində) və vəfat etmiş şəxsin sığorta göstəricilərinə əsasən müəyyən edilmiş  53 manat sığorta hissəsi olmaqla 128 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.
          2.6.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qaydaların 2.4.3-cü bəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
         2.6.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.
Misal 21. Yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın əmək pensiyasının sığorta hissəsi 64,80 manatdır və onun vəfat etdiyi 20 yanvar 2010-cu il tarixə  üç nəfər əmək qabiliyyəti olmayan ailə üzvü vardır.
Bu halda vəfat etmiş ailə başçısının yaşa görə əmək pensiyasının 64,80 manatlıq sığorta hissəsi  3 nəfər əmək qabiliyyəti olmayan  ailə üzvlərinin sayına bölünərək  əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 21,60 manat müəyyənləşdirilir (64,80 manat / 3 nəfər =21,60 manat).
          2.6.4. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qaydaların 2.6.1-2.6.3-cü bəndlərinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə  əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə  əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.
          Misal 22. 21-ci  misal üzrə ailə başçısını itirməyə görə əmək pensiyası alan 3 nəfər ailə üzvünün əmək pensiyalarının cəmi  177,30 manat məbləğində aşağıdakı qaydada hesablanır.
         (37,5 manat yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) + (21,60 manat əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) = 177,30 manat.
2.6.5. 01.01.2010-cu il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ  olan, lakin həmin tarixdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyaları təyin edilərkən bu Qaydaların 2.3.1-ci bəndi ilə müəyyənləşdirilmiş şərtlər tətbiq olunur.
 Misal 23. 26 noyabr 2009-cu il tarixdə 23  yaşı  və 4 il 9 ay sosial sığorta stajı olan vəfat etmiş sığortaolunanın  ailə üzvü ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 19 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir.  Vəfat etmiş sığortaolunanın  bu Qaydaların 2.3.1-ci bəndində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 5 il sosial sığorta stajı olmadığı üçün onun ailə üzvünün  ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.
 
 D)  Əmək pensiyasına əlavələr

Əmək pensiyalarına əlavələr iki qrupa bölünür:                                                                                                         əmək pensiyasının baza hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr.                                                
          2.7. Əmək pensiyasının baza hissəsinə əlavələr Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş  qaydada və məbləğlərdə hesablanır.
  Misal 24. 17 mart 2010-cu  il tarixdən 2-ci qrup  əlillik müəyyən edilmiş  və Qaydaların 2.3.1-ci bəndinə uyğun olaraq  əmək pensiyası təyin edilmiş   işləməyən şəxsin  öhdəsində  1997-ci və 1999-cu illərdə anadan olmuş iki azyaşlı uşağı vardır.  Qanunun 19.2.1-ci maddəsinə əsasən  həmin şəxsin əlilliyə görə  əmək pensiyasının baza hissəsinin üzərinə hər bir uşaq üçün yaşa görə əmək  pensiyasının  baza hissəsinin 5 faizi məbləğində, cəmi əmək pensiyasının baza hissəsinin 10%-i qədər əlavə hesablanır.
  2.7.1. Bu əlavələr «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət  almayan uşaqların işləməyən I və II qrup əlilliyə görə əmək pensiyası alan valideynlərindən yalnız birinin əmək pensiyasının üzərinə hesablanır.
  Misal 25. 1998-ci və 2001-ci illərdə anadan olmuş uşaqların  ata və anası  2-ci qrup  əlil kimi əmək pensiyası alır və işləmirlər. Onların 1998-ci ildə  anadan olmuş uşağına «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər (rayon) Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən sosial  müavinət  ödənilir. Bu halda valideynlərdən yalnız birinin əmək pensiyasının baza hissəsinin üzərinə  sosial müavinət almayan  azyaşlı digər uşağına görə yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində əlavə hesablanır.
   2.7.2. 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi  məbləğində əlavə 1-ci qrup əlil kimi hər üç növ əmək pensiyasından birini alan şəxsin öz pensiyasının baza hissəsinin üzərinə hesablanır.
          Misal 26. Vəfat etmiş sığortaolunanın 3 nəfər əmək qabiliyyətsiz ailə üzvünə  ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ailə üzvlərindən biri 1-ci qrup əlildir. 1-ci qrup əlil olan ailə üzvünün ailə başçısını itirməyə görə  əmək pensiyasının  baza hissəsinin üzərinə 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır.
          2.8. Qulluq stajına görə əmək pensiyasına əlavələr Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır.
          Misal 27. 62 il 6 ay yaşı, pensiya hüququnun yarandığı tarixə 38 il  3 ay sosial sığorta stajı ( bundan 17 ilini dövlət qulluğu vəzifələrində çalışmışdır) və fərdi hesabının sığorta hissəsində 10125,74 manat pensiya kapitalı toplanmış sığortaolunan işdən azad olunmaqla  02 iyul 2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun dövlət  məvacibinin orta aylıq məbləği  721,40 manat təşkil edir.
  Bu zaman  sığortaolunana bu Qaydaların 2.2.1-ci bəndinə uyğun olaraq 75 manat əmək pensiyasının baza hissəsi  və 2.2.2-ci bəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq  10125,74/144 = 70,32 manat məbləğində əmək pensiyasının sığorta hissəsi olmaqla 145,32 manat  məbləğində əmək pensiyası təyin edilir.   
Sonra sığortaolunanın dövlət qulluğunda 17 il qulluq stajı nəzərə alınmaqla Qanunun 20.11.3-cü maddəsinə uyğun olaraq dövlət məvacibinin  orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə  bu Qaydaların 2.2.1-ci və 2.2.2-ci bəndlərinə uyğun olaraq  təyin edilən əmək pensiyasının məbləği  arasındakı fərq qədər  qulluq stajına görə 431,8 manat əmək pensiyasına əlavə aşağıdakı kimi  hesablanır.
         577,12 manat (721,4 manat dövlət məvacibinin orta aylıq məbləği x 80%) – 145,32 manat (Qanunla təyin edilmiş əmək pensiyasının məbləği)  = 431,8 manat  (qulluq stajına görə əmək pensiyasına əlavə).
         Nəticədə sığortaolunanın əmək pensiyasının ümumi məbləği 75 manat əmək pensiyasının baza hissəsi + 70,32 manat əmək pensiyasının sığorta hissəsi + 431,8 manat qulluq stajına görə əmək pensiyasına əlavə olmaqla cəmi  577,12 manat məbləğində təyin edilir.

 e)    Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi

            2.9.  Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər ərizəçi tərəfindən təqdim edilməklə bu Qaydaların 4.3.3-cü bəndinə uyğun aparılır.
            2.9.1. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır.  
            Misal 28.  24 sentyabr 1947-cı il tarixdə anadan olmuş  və 3-cü qrup əlil kimi 73,6 manat (41,25 manat  yaşa görə əmək pensiyasının baza hisssəsinin 55 faizi + 32,35 manat  əmək pensiyasının sığorta hissəsi) əmək pensiyası alan sığortaolunan 62 il 6 ay yaşının tamam olması ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir.
         Şəxsin yaşa görə əmək pensiyası pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 107,35 manat məbləğdə aşağıdakı qaydada hesablanır.
     75 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 32,35 manat əmək pensiyasının sığorta hissəsi =107,35 manat.
           Misal 29. 86,85 manat (75 manat  yaşa görə əmək pensiyasının baza hissəsi + 11,85 manat əmək pensiyasının sığorta hissəsi) yaşa görə əmək pensiyası alan  58 yaşlı qadın vəfat etmiş ərinə görə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 22 aprel 2010-cu il tarixdə müraciət etmişdir.
        Тəqdim olunmuş sənədlərə əsasən onun əri  5 mart 2009-cü il tarixdə vəfat etmiş və onun vəfat etdiyi tarixə əmək pensiyasının məbləği 109,73 manat ( 75 manat  yaşa görə əmək pensiyasının baza hisssəsi + 34,73  manat əmək pensiyasının sığorta hissəsi) təşkil etmişdir.
         Vəfat etmiş sığortaolunanın arvadına bu Qaydaların 2.9.1-ci bəndinə  uyğun  olaraq ailə başçısını itirməyə görə əmək pensiyası, pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 110,25 manat məbləğdə aşağıdakı qaydada hesablanır.
         (75 manat  yaşa görə əmək pensiyasının baza hissəsi + 35,25  manat əmək pensiyasının sığorta hissəsi (34,73 manat x  1,5% istehlak qiymətləri indeksinin 2009-cu il  üzrə illik səviyyəsi).  


III.  Sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi

        3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür:
       3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
        Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur.  
       3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış» müvafiq formada təsdiq olunur (4 nömrəli əlavə).
             Misal 30. Qanunvericiliklə müəyyən olunmuş əmək pensiyası yaşına çatmış sığortaolunan qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun yerli orqanına müraciət etmişdir. O, təqdim etdiyi sənədlərə əsasən  01.05.2008-ci il tarixədək 33 il istehsalat müəsissələrində çalışmışdır.
          Qaydaların 3.1.1-ci bəndinə əsasən sığortaolunanın Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay  ümumi iş stajına malik olduğu müəyyənləşdirilir və onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan  pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
(30 il tam iş stajı  x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.   
         eyni zamanda Qaydaların 3.1.2-ci bəndinə əsasən sığortaolunan qadının fərdi uçot məlumatlarına əsasən 01.01.2006-cı il tarixdən 01.05.2008-ci il tarixədək 2 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində müvafiq pensiya kapitalının qeydə alındığı təsdiq olunur.    
         3.2. Sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.    
          Misal 31. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın  4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış qocaya qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il  1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında qocaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir.   
         3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığortaolunanın (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsin) ümumi iş (sosial sığorta) stajına aşağıdakı qaydada daxil edilir:
          3.3.1. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan  valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş  müayinə aktı əsasında daxil edilir.
         3.3.2. 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin)  sığorta stajına bu barədə tərtib olunmuş  müayinə aktı əsasında daxil edilir.        
        3.3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:
         - qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;
         - əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhduduğunu təsdiq edən sənədlər.
         70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:
         - qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;
         - yaşı  təsdiq edən sənəd.
         I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya  tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur.
          3.4. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta  stajı məhkəmə qaydasında müəyyən edilir.
3.5. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2006-cı il 16 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları» ilə müəyyən edilir.
3.6. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, «Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə» 2004-cü il 22 iyul tarixli 98 nömrəli, «Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında» 2005-ci il 1 iyul tarixli 124 nömrəli, «Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir.
      3.7. Əmək pensiyası hüququ verən sosial sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir:
- döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı əsasında)– ikiqat ölçüdə;
            - şəxsin qanunsuz saxlanılma, qanunsuz həbsdə olma və qanunsuz cəza-çəkmə müddətləri - ikiqat ölçüdə;
  - cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;
              - əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi müddəti – üçqat ölçüdə.


IV. Əmək pensiyalarının təyin edilməsi (və ya bir növündən başqa növünə keçirilməsi) üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

4.1. Əmək pensiyasının təyin olunması üçün müraciət

 4.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması  üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi  yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer  üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. Bu müraciət onların adından vəkalət verdikləri nümayəndələri tərəfindən də edilə bilər.
4.1.2. İşləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir (2 nömrəli əlavə).         
Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir.
Qanunun 9.1-ci, 9.3-cü və 9.7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na və 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»na uyğun olaraq  güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda ayrıca yazılır, ümumi (sosial sığorta) və güzəştli sosial sığorta stajları cəmlənərək sığortaedənin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
4.1.3. Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti azadlıqdan məhrum etmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir və «Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2974 dəfə oxunub




Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”