XƏBƏRLƏR




- 12/1/2012 QHTXEBER.AZ
- - Hadı Rəcəbli Lent.az-a yazır: Sən də əlil ola bilərdin... Bölmə: SOSİAL 03 Dekabr 2012 12:12 Qayğı göstərin, kömək edin, sevin...
- - Həftə içi
- - QHTXEBER.AZ
- - “Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib
- - 5 may UDPO ABA
- - “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” KİV
- - qhtxeber. UDPO - WV
- - Azərtac. UDPO-WV
- - Gəncədə əlilliyi olan yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib
- - "Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları
- - ƏNGƏLLƏRİ AŞA BİLƏRİK (Şərq qəzeti)
qhtxeber.az// Dünyaya Baxış Beynəlxalq Təşkilatı və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Beynəlxalq əlilliyi olan insanlar günü" münasibəti ilə "Əlilliyi olan insanların təhsil və əmək hüquqları" mövzusunda konfrans keçirilib.
qhtxeber.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan Dünyaya Baxış Beynəlxalq Təşkilatının direktoru Qiorqi Devidze konfransın keçirilməsinin məqsədi haqqında məlumat verib. Deyib ki, 03 Dekabr tarixi Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq əlilliyi olan insanlar günü kimi qeyd olunur və Azərbaycan BMT-nin "Əlilliyi olan insanların hüquqları" adlı konvensiyaya qoşulmuşdur. Əlilliyi olan insanlar günü bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur və bu gün ölkəmizdə 480 000 əlil insan var. Onun sözlərinə görə əlilliyi olan insanların əmək və təhsil hüquqları bu gün diqqət mərkəzində olan məsələdir. Sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının sosial inteqrasiya proqramının rəhbəri Fəridə Əmirova və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud RƏHİMLİ öz növbəsində əlil insanların təhsil, əmək və sosial hüquqlarının qorunması və cəmiyyətə inteqrasiya olunması ilə bağlı işlərin görülməsini vacib hesab etmişlər və bu sahədə aparılan islahatları qeyd ediblər.
Konfransda mövzu ilə bağlı ilə təqdimat edən Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram rəhbəri Lamiyə Şərəfxanova və Müstəqil Həyat, İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov Azərbaycanda əlillərin təhsil və əmək hüquqları ilə bağlı statistik məlumatlar və onlar üçün yaradılan mərkəzlər haqqında məlumat veriblər.
Konfransda çıxış edən Müəllimlər İnstitutunun direktoru, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, OMBUDSMAN aparatından Yeganə Cəfərova, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Gülnarə Hüseynova və digər rəsmi qonaqlar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, konfransda, BMT-nin Uşaq Təşkilatı (UNİCEF), Amerika Hüquqşünaslar Assosiasiyası və digər beynəlxalq təşkilatlar iştirak edib.
Konfransdan sonra Dünyaya Baxış Beynəlxalq Təşkilatının təşkilatçılığı ilə əlil uşaqların sərgisi keçirilib və əlil uşaqlar üçün konfrans proqramı təşkil olunub.
Bu xəbər 4998 dəfə oxunub