24 Fevral 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2023 Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.


Əlil Təşkilatları İttifaqı 

Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayıb.

 

Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi çərçivəsində Əlil Təşkilatları İttifaqı tərəfindən “UNİVERSAL DİZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC-nin icra dəstəyi ilə reallaşdırılır.

Layihənin icra müddəti 8 aydır və Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Qubada həyata keçiriləcəkdir.

Layihə komandası milli və beynəlxalq mütəxəsislərdən ibarətdir. 

Fəaliyyətlər:

- Hazırlıq işləri, təşkilati və texniki işlər

- Tədqiqat və məlumatların toplanması və tədqiqat hesabatının hazırlanması

-  Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması üzrə təlim kursları

- Əlilliyi olan və əlilliyi olan şəxslərin yerli təşkilatlarının rəhbərləri ilə fokus qrup müzakirələri;

-  BMT-nin ƏŞHHK-nın 11-ci Maddə üzrə tövsiyələrinin və "Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında"  qanunun həyata keçirilməsi istiqamətində regionlarda görülən işlərin müzakirəsi məqsədilə QHT, dövlət qurumları və əlilliyi olan şəxslərlə 5 dəyirmi masa;

- Dövlət qurumları üçün əlilliyi əhatə edən fəlakət riskinin azaldılması siyasətləri və tələbləri üzrə 2 günlük 10 təlim sessiyası;

Yekun konfrans. Bu tədbirdə fəlakət riskinin azaldılması üzrə əlilliyi əhatə edən milli siyasətlər üçün Hökumətə tövsiyələr üzrə hazırlanan konseptual sənədin yekun variantı təqdim olunacaq.

- Əlillik daxil olmaqla fəlakət riskinin azaldılması siyasətlərinə dair tövsiyələr üzrə konseptual sənədin hazırlanması

Layihədə həyata keçirilən fəaliyyətlər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 11-ci maddəsinə, Dayanıqlı İnkişaf Məqsədi 11-ə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinin tələblərinə uyğun həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Nəticələr:

1. Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması siyasətləri üzrə hökumətə tövsiyələr üzrə konseptual sənədin hazırlanması

2. Maraqlı qurumların nümayəndələrinin, məsələn, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əlillik daxil olmaqla, fəlakət riskinin azaldılması üzrə idarəetmə tələbləri haqqında biliklərinin təkminləşdirilməsi.

Tövsiyələr üzrə konseptual sənəd milli və beynəlxalq mütəxəsislər tərəfindən müvafiq dövlət və QHT- lərin rəyləri nəzərə alınaraq hazırlanacaqdır.  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 468 dəfə oxunub




Flag Counter






» 22/2/2024- Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 21/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” adlı layihədə foks qrupları ilə görüş həyata keçirildi.

» 21/2/2024- Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib

» 19/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/2/2024- Prezident İlham Əliyevin yeni Sərəncamları şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə yüksək qayğının daha bir təzahürüdür

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!