04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/ 10/2023 BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib


BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə BMT Gününə həsr olunmuş “Güvən yürüşü” təşkil edib.

Əlilliyi olan şəxslərin iştirakı ilə Dənizkənarı bulvarda keçirilən “Güvən yürüşü”nün məqsədi cəmiyyətdə inklüzivliyin və bərabərliyin vacibliyini vurğulamaqdır.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva tədbirin əhəmiyyətindən danışarkən qeyd edib ki, BMT öz tərəfdaşları ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün çalışır. BMT Gününə həsr olunmuş “Güvən yürüşü” inklüziv və bərabər cəmiyyətlərin qurulması məqdəsi üçün çalışan qurumları və fərddləri bir araya gətirib.

"BMT-nin əsasını qoymuş, sülh, dayanıqlı inkişaf və hər kəs üçün insan hüquqları naminə dəyər və prinsipləri özündə ehtiva edən BMT Nizamnaməsinin qəbul olunmasından 78 il il ötür və bu təsis sənədi bizim fəaliyyıtimiz üçün böyük əhəmiyyət kəsb edir.Bu gün biz tərəfdaşlarımızla, o cümlədən əlilliyi olan şəxslərlə birlikdə inklüziv cəmiyyətin əhəmiyyəti və BMT-nin heç kəsi kənarda qoymamaqla bağlı qlobal vədi haqqında mesaj veririk. Biz inanırıq ki, fərqliliklərimiz bizi bütövlükdə daha güclü edir", deyə Vladanka Andreeva bildirib.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov ilə yanaşı bir sıra dövlət qurumlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların rəhbərləri və könüllülər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında

ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiya və sosial inteqrasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, iki il əvvəl açılışı olan, Birinci vitse-prezident  Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsində önəmli rolunu vurğulayıb.  

Nazir bildirib ki, bu sahədə aparılan işlər “Əlillik qüsur deyil” fəlsəfəsinə əsaslanır. Həmin Mərkəzdə təlimlərə cəlb olunaraq yaradıcı bacarıqlarını uğurla nümayiş etdirən əlilliyi olan şəxslər də bir daha təsdiq edirlər ki, doğurdan da əlillik yaradıcılıqla məşğul olmaq, yaratmaq, uğurlara nail olmaq üçün məhdudiyyət deyil.  

S.Babayev son illər əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işlərini, əlilliyin müəyyən edilməsi sahəsində ötən il Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hazırlanmış yeni meyarların tətbiqinə başlandığını qeyd edib. O, son beş ildə dövlət başçısının tapşırıqları ilə əlilliyi olan şəxslər üçün sosial ödənişlərin  5 dəfəyə yaxın artırıldığını, müasir reabilitasiya sisteminin yaradıldığını və yeni reabilitasiya mərkəzlərinin açıldığını, illik reabilitasiya xidməti ilə təmin olunanların sayının 60 minə çatdırıldığını bildirib. Ötən dövrdə xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə və şəhid ailələrinə 14 min mənzil və fərdi ev verildiyini, həmin əlilliyi olan şəxslərin avtomobillə təminatı sahəsində də görülən işləri diqqətə çatdırıb.

Nazir əlilliyi olan şəxslərə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısının son illər əhəmiyyətli dərəcədə genişləndiyini, ölkədə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatının da həyata keçirildiyini bildirib.

S.Babayev əlilliyi olan şəxslərin istedad və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyan yeni inklüziv mərkəzlərin də yaradılmaqda olduğunu, bu mərkəzlərin şəbəkəsinin bütün ölkə boyu genişləndiriləcəyini qeyd edib.  

#heçkəskənardaqalmasın şüarı ilə “Suraxanı” gəmi-muzeyinin qarşısından başlayan yürüş YARAT Müasir İncəsənət Mərkəzində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında konsert proqramı ilə yekunlaşıb.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 180 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü