04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/10/2023 Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub


Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar

əlilliyi olan şəxslərlə görüş olub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub.  

Görüşdə Agentliyin əməkdaşları, hərbi ekspertlər, QHT nümayəndələri, müharibə veteranları iştirak edib.

Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin 3-cü ildönümü ilə əlaqədar keçirilən görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, hərbi yönümlü ekspertlər, QHT nümayəndələri və müharibə veteranları iştirak edib.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlərdən bəhs olunub. Həmçinin Vətən müharibəsindən sonra icra olunan geniş miqyaslı sosial dəstək proqramı çərçivəsində görülən işlər qeyd edilib.

Bildirilib ki, bu proqram çərçivəsində aparılan işlərin bir istiqaməti olaraq şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 49,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti də göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1 990 şəxs 43,1 min reabilitasiya vasitəsi, o cümlədən 439 hərbçi 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

QHT nümayəndələri müəssisədə əlilliyi olanlara, habelə müharibə ilə əlaqədar əlilliyi olanlara  göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.

Reabilitasiya kursu keçən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 267 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü