08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/9/2023 Vətəndaş cəmiyyəti təşkilatları üçün Layihələrin idarəedilməsi üzrə Proqrama başlanılıb


Bakıda 20-dən çox vətəndaş cəmiyyəti təşkilatı (VCT) üçün “Layihə idarə edilməsinin əsasları” adlı təlim proqramı keçirilib. Təlim Avropa İttifaqının  maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən təşkil edilib. Sözügedən layihə VCT-lərin potensialının artırılması ilə bağlı fəaliyyət göstərir.

Layihə, müasir metodologiya və texnikalar haqqında yeni biliklər, eləcə də praktiki təcrübə mübadiləsi imkanları təklif etməklə bir sıra əsas sahələrdə Azərbaycan təşkilatlarının bilik və bacarıqlarının artırılması üzrə çoxşaxəli proqramlar təşkil edir. Bu proqramlardan öncə Layihə tərəfindən aparılan qiymətləndirmədə təşkilatlar özlərinin prioritet təlim ehtiyacları arasında layihənin idarə edilməsi istiqamətini qeyd edib.

Bu məqsədlə, təlim VCT-lərin inkişaf sektorunda standartlara uyğun qaydada layihələrini uğurla planlaşdırması və həyata keçirməsi üçün onların layihə idarəetmə bacarıqlarını gücləndirməyə yönəlib. 8 saatlıq təlimdə Bakı, Bərdə, Biləsuvar, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən 22 vətəndaş cəmiyyəti təşkilatını təmsil edən 30-a yaxın nümayəndə iştirak edib. Təlim iştirakçıları - yerli Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyi dəstəkləyən kiçik miqyaslı təşəbbüsləri həyata keçirməyi planlaşdıran təşkilatları təmsil ediblər. Bu səbəbdən həm təlim seminarı, həm də gələcək mentorluq görüşləri layihə tərəfindən seçilən bu təşkilatların birbaşa fərdi fəaliyyətlərinin düzgün planlaşdırılması və uğurlu icrası üçün uzlaşdırılıb. 

Təlimdə iştirakçılar layihənin ümumi icra dövrü haqqında yeni məlumatlar əldə edib, müxtəlif layihə proseslərinin idarə edilməsi üzrə, eləcə də güclü layihə idarəetmə strukturlarının tərtib olunması və layihə risklərinin azaldılması barədə biliklərini artırıblar. 

Birgünlük təlim seminarı daha sonra VCT-lərlə fərdi mentorluq görüşləri ilə davam edəcək. Görüşlər təşkilatların layihə idarəsi üzrə fərdi irəliləyişlərini müzakirə edəcək və sentyabrın sonuna qədər aparılacaq. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 172 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü