08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/9/2023 “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin növbəti tədbiri


İstedadlı Əlillər Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onlar arasında Abilimpiya hərəkatının və Paralimpiyanın təbliği” adlı layihənin  tədbiri DTSER Agentliyinin tabeliyində  Bakı şəhər Respublika Əlillərin  Reabiltasiya Mərkəzində həyata keçirildi.

  Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə Bakı, Sumqayıt və Abşeron rayonunu əhatə etməklə 4 ay müddətində icra edilir. Layihənin məqsədi fiziki məhdudiyyəti olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların iştrakı ilə Abilimpiya hərəkatını və Paralimpiya idman növlərini təbliğ etmək və fiziki məhdud gəncləri peşə təlimlərinə, Paralimpiya idmanlarına cəlb etmək, onlara dəstək olmaqdan ibarətdir. Eyni zamanda fiziki məhdudiyyəti olan şəxsləri cəmiyyətimizin inkişafında aktivlik göstərməsinə, müxtəlif  tədbirlər və layihələrdə iştirak etmələrinə, sosial aktiv vətəndaşların bu sahəyə diqqətini yönəltmək və fiziki imkanları məhdud insanlara dəstək olmaq layihənin  məqsədləri sırasına daxildir.

 Layihənin eksperti Paralimpiya komtəsinin numayəndəsi.Azərbaycan Əlili  Vülosipetçilər Kulubunun Baş Məşqiçisi Amid Həsənquluyev  tədbirdə əlilliyi olan şəxslərə Abilimpiya hərəkatı və Paralimpiya haqqında geniş və ətraflı məlumat verdi. O qeyd etdi ki, ölkəmizdə Paralimpiya hərəkatı geniş yayılmışdı və ölkəmizi təmsil edən idmançılar saysız uğurlar qazanıb. Bayrağımızı yüksəkliklərdə dalğalandırmış, bir çox qızıl, gümüş və bürünc medallar ölkəmizə gətirmişdir. Dünya ölkələriindən 83 ölkəni özünə birləşdirən Dünya  Ablimpiya federasiyasına Azərbaycan üç ilə yaxındır ki, üzvü olub və Azərbaycan Ablimpiya Komtəsinin məqsədi Əlilliyi olan insanları peşə kurslarına cəlb etmək, onları beynəlxalq sənət üzrə yarışlarda iştrak etmək üçün çıxışını təmin etmək, məşğulluq sahəsində əliliyi olan şəxslərə yaxından dəstək olmaqdan ibarətdir.

    Tədbirdə,Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edərək bildirdiki ölkə Prezidenti geniş miqyaslı sosialyönlü layihələrin həyata keçirilməsinə tapşırıq verilib və bizdə öhtəliyimizə düşən misyanı həyata keçirməyə nail olmağa çalışırıq.

     DTSER Agentliyinin əməkdaşı Günel Məmmədova qeyd etdi ki,bu kimi sosialyönlü layihələrin həyata keçirilməsi vacib və əhəmiyyətlidir.

   Tədbirdə  ƏƏSMN-nin tabeliyində DMA-nin  BRM idarəsini böyük mütəxəssisi Fərid Əliyev , SXA-nin sosial sifarişlər və layihələr departamentinin mütəxəssisi Elnarə Əhmədova,Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova,DOST Agentliyinin nümayəndəsi Aygün Musayeva,Paralimpiya Əlil Velosipetçilər Kulubunun baş məşqiçi Amid Həsənquluyev və RRM direktoru Vüsalə Kazımova  çıxış edərək bildirdilər ki,bu kimi layihələr aktualdır  və belə tədbirlərin bölgələrdə keçirdilməsi vaçibdir.

 Tədbirdə vətən müharibəsi Qaziləri və əlilliyi olan şəxlər iştirak etdilər.Həmçinin tədbirdə əlilliyi olan musiqiçilərin və tanınmış ifaçı Elxan Qaraxanoğlunun ifası  ilə musiqi proqramı davam etdi.

Tədbir çərçivəsində Abilimpiya hərəkatı və Paralimpiya idman növləri haqqında ətraflı məlumat verildikdən sonra, mövzu ətrafında geniş müzakirələr aparıldı və mövzu haqqında təkliflər səsləndirildi.    

Sonda tədbirə dəvət olunmuş istedadlı əlillərin ifasında mahnılar səsləndirildi. Tədbirin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.   

“İstedadlı Əlillər” İctimai Birliyinin

sədri. Qubad Qasımov

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 222 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü