XƏBƏRLƏR




- 24/8/2023 “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi Tərtərdə davam edib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi
Tərtərdə davam edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Tərtər rayonunda davam etdirib.
Layihə çərçivəsində rayonda yeni doğulmuş (bu ilin iyul ayında doğulan) qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutular təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Bundan əvvəl layihə ilkin mərhələdə Şamaxı, Tovuz, Masallı rayonlarını əhatə edib və həmin rayonlar üzrə 90 ailəyə qeyd edilən qutular təqdim edilib. Layihənin mərhələli olaraq digər rayonlarda da davam etdirilməsi planlaşdırılır.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 162 dəfə oxunub