XƏBƏRLƏR




- 23/5/2023 Dövlət başçısının yeni Fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Dövlət başçısının yeni Fərmanı ilə yaradılan Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək
Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.
Fərmanla iki ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq və bu barədə dövlət başçısına məlumat veriləcək.
Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərəcək, eləcə də bu sahələrdə təlimlər keçirəcək. İşəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin edəcək.
Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar, fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 196 dəfə oxunub